Sual #92

Sadıq Əliverdibəyli
Sual: Günəşin çıxma və ya batma anının fotosunu çəkərkən UV filtrə ehtiyac varmı?
Cavab: Suala birmənalı cavab vermək çətindir. Çünki, hər şey filtrdən istifadə etməyinizin səbəbindən və sizin nə nəticə əldə etmək istəyinizdən asılıdır. Ultrabənövşəyi (UV) filtrin funksiyası və hansı məqsəd üçün istifadə edilməsi barədə qısaca olaraq yazıram, lakin harada istifadə edib-etməmək qərarını siz özünüz verməlisiniz. 


Sual #91

Sadiq
Sual: Mənim aparatım çəkdiyi fotonu yaddaşındakı karta yazarkən sanki "fikirləşir". Bu niyə belə olur?

Cavab: Bu çox güman ki yaddaş kartı ilə bağlı məsələdir. Hazırda bazarda texniki göstəriciləri və keyfiyyətinə görə müxtəlif kartlar mövcuddur. Məsələn bir çox kameralarda SD (Secure Digital) kartlarından istifadə edilir. Bu kartlar əsasən iki tipdə olur - SDHC və SDXC. Birincisi böyük həcmli, ikincisi isə ultra böyük həcmli kartlardır. Səhv etmirəmsə SDHC-nin maksimal həcmi 64 GB, SDXC-nin isə 512GB-dır. 

Sual #91

Xaliq
Sual: Salam Rüfət bəy. Bildirmək istəyirəm ki fotoqrafiya sənətini çox sevirəm və daha çox şey əldə etmək istəyirəm. Məndə Nikon D3200 və D90 var, ancaq Astrofotoqrafiya çəkə bilmirəm. Ekspozisiya müddəti 30 saniyədən o tərəfə keçmir. Bu barədə mənə kömək edin zəhmət olmasa. Çox sağolun.
Cavab: Ekspozisiya müddətini artırmaq üçün sizə əlavə cihazdan - "Remote Shutter/Timer"dən istifadə etmək lazım olacaq. Bu cihaz və astrofotoqrafiya haqqında sizi maraqlandıram məlumat haqqında Sual #88-də ətraflı oxuya bilərsiniz. Hər hansı əlavə sualınız olsa, şərhlər bölməsində qeyd edin, cavab yazaram.  


Sual #89

Sadıq
Sual: Salam Rüfət müəllim. Sizə bir sualım var. Fotoqrafiyada extender və converter nədir və nə işə yarayır? Təşəkkürlər.

Cavab: Ekstender (extender) və konverter (converter) birbaşa obyektivlərlə əlaqədardır. Ekstender obyektivlə kameranın gövdəsi arasında yerləşdirməklə obyektivin fokal məsafəsini artırmaq və ya azaltmaq üçün istifadə edilən qurğudur. Məsələn, 70-200mm obyektivi gövdəyə 2.0x konverter vasitəsilə qoşduqda, obyektivin fokus məsafəsi 2 dəfə artaraq 140-400mm olur.

Sual #87

Royal
Sual: Salam. Nikon lens simulator saytında test aparırdım. Maraqlı bir sual yarandı məndə. Bunu sizinlə bölüşmək istədim. Sual belədir. Nikonun DX lensini 10-24mm-i DX kameradada FX kameradada yoxladıqda baxış dərəcəsi eyni oldu. 10mm-də bucaq budur 109°20. 36x24 24x16-da bu fərq yaratmalı deyildimi? Çox sağolun
Cavab: Royal, maraqlı sual üçün minnətdaram. Demək olar ki, bütün tanınmış DSLR kamera istehsalçıları həm kamera, həm də lensləri əsas iki formatda - full frame (Nikonda FX adlanır) və krop (crop - kəsilmiş) formatında (Nikonda DX adlanır) istehsal edir. Sensorlar arasındakı ölçü fərqi həm də obyektivlərin fokal məsafəsinin və görmə bucağının dəyişməsinə təsir edir. Kameranın sensorları arasındakı fərq barədə Sual #53Sual #68 ətraflı oxuya bilərsiniz.

Sual #86

Sadıq
Sual: Salamlar. Divardan asılmış yağlı boya ilə çəkilmiş çərçivəli rəsmi hansı obyektivlə çəkmək daha məqsədəuyğundur? Aparatım Nikon D3200-dür.
Cavab: Adətən bu növ çəkilişə "reproduksiya" deyilir. Reproduksiya incəsənət əsərlərinin fotoqrafiya vasitəsilə və ya əl ilə yenidən çəkməklə dəqiq surətinin yaradılmasıdır. Bu zaman həm perespektiv, rəng çalarları, həm də işığın temperaturu dəqiq əks etdirilməlidir. Reproduksiya işləri üçün xüsusi obyektivlər yoxdur, lakin bəzi obyektivlər bu işin öhdəsindən digərləri ilə müqayisədə daha yaxşı gəlir.

Sual #82

Ali
Sual: "Full frame" kamerada ümumi "yürüş" nə qədər olur və onun çox olmasının kameraya mənfi təsiri varmı?
Cavab: Bu, saytda ən çox soruşulan suallardan biridir və hər zaman da mən sual verəni Sual #4 oxumağa göndərmək məcburiyyətində qalıram. Şatter (shutter) mexanizmi, kameranın sayğacının ümumi göstəricisi və "yürüşü" həmin mövzuda ətraflı əhatə edilib. 

Sual #77

Ali
Sual: MIR-1 37mm F2.8 Canon 650D kamerasına taxıldıqda şəklin keyfiyyəti necə olar və bu obyektivin hansı cəhətləri daha yaxşıdır?
Cavab: MIR-1 37mm F2.8 obyektivi 20-ci əsrin 50-ci illərində istehsal olunmuş tam manual obyektivdir. Bu obyektivin bir necə modifikasiya edilmiş növləri var. Onların arasında elə ən yaxşısı üzərində "GRAND PRIX" Brussel 1958 yazılan MİR-1-dir.

Sual #74

İmdad 
Sual: Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz?
Cavab: "Hansı kameranı məsləhət görürsünüz" sualı mənə ən çox verilən suallardan biridir. Lakin, sizin soruşduğunuz "Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz" sualı isə öz-özlüyündə yanlışdır. 

Sual #72

İbrahim Memmedli 
Sual: Salam. Nikon coolpix p510 markalı aparat peşəkar fotoqraf ücün əlverişlidirmi?
Cavab: Yaradıcılıq nöqteyi nəzərindən kamera bir alətdir və fotoqraf üçün nə ilə çəkməyin o qədər də böyük fərqi olmamalıdır. Amma "peşəkarlıq" dedikdə fotoqrafın bir sıra texniki amilləri nəzərə alması vacibdir. Kamera, obyektiv və digər avadanlığın peşəkar fotoqraf üçün əlverişli olması, həmin avadanlığın texniki göstəricilərınin peşəkar tələblərə cavab verməsi ilə müəyyən olunur.

Sual #64

Gurban Asgarov
Sual: Salam Rüfət bəy, mən bilmək istərdim ki, Canon EF 50mm f/1.8 II ilə Canon EF 50mm f/1.4 USM obyektivi obyektivi arasındaki fərq nədir?
Cavab: Yazdığınız obyektivlərdə onların diafraqma rəqəminidəki fərqindən başqa bir sıra digər fərqlər də mövcuddur. Hər iki obyektiv eyni fokus məsafəsinə çalikdir və həm tam kadr (full frame), həm də APS-C sensorlu kameralarda istifadə üçün yararlıdır. Ölçüsü, çəkisi və qiymətinə görə EF 50mm f/1.8 daha aşağıdır.

Sual #63

Təbriz Qarayev
Sual: Salam, hər vaxtınız xeyir. Məndə fotoaparat Canon 1100D-dir, küçə fotoçəkilişləriylə marağlanıram. Hansı obyektivlərdən istifadə məsləhətlidir?
Cavab: Salam Təbriz bəy. Adətən küçə fotorafiyasında genişbucaqlı obyeltivlərdən daha çox istifadə edilir. Lakin bu o demək deyil ki, teleobyektivlər küçə fotoqrafiyası üçün yararlı deyil. Hər şey fotoqrafın nə əldə etmək istəyindən asılıdır. Bəzən yeni başlayanlar üçün genişbucaqlı obyektivdən istifadə etmək bir qədər çətinlik yaradır, çünki, genişbucaqlı obyektivlə fotoqraf çəkmək istədiyi obyektə daha çox yaxınlaşmalıdır.

Sual #62

Elnur
Sual: Salam Rüfət müəllim. Mən küçə fotoqrafiyası (street photography) ilə maraqlanıram və həvəskar dərəcəsində məşğulam. Hazırda işlətdiyim aparat çox böyük və ağır olduğundan dəyişmək fikrindəyəm. Yeni aparat almaq istəyirəm. 3 model arasında seçim edə bilmirəm - Fuji x20, Canon Eos 600d (kit 18-55) və Nikon D5200 (kit 18-55). Bunlardan hansı daha uyğun olar?
Cavab: Salam Elnur bəy. Küçə fotoqrafiyası üçün kamera ətrafdakıların diqqətini nə qədər az cəlb etsə, bir o qədər yaxşıdır. Belə olduqda fotoqraf öz işini lazımsız diqqət cəlb etmədən rahat görə bilər. Belə kamera ilə fotoqraf ətrafdakılar tərəfdən daha çox "həvəskar" və ya turist kimi qəbul edilir və əlbətdə ki, fotoqrafın öz işini görməsi üçün daha əlverişli şərait yaranır. Bu baxımdan, küçə fotoqrafiyası üçün kiçik həcmli kameralar daha məqsədəuyğundur. 

Sual #61

Elshan
Sual: Salam, Şəkilləri keyfiyyətli emal olunmasında monitorun da rolu boyükdür. Bilmək isdərdim hansı monitorda işləmək lazımdı və bunu necə seçim.
Cavab: Dediyiniz kimi fotoqrafiyanın emalında monitorun rolu mühümdür. Fotoqraf çox zaman keyfiyyətli monitor seçməkdə çətinlik çəkir. Peşəkar monitor üçün vacib olan xüsusiyyətlər hansılardır? Əsas xüsusiyyətlərdən birincisi maye kristal matriksin (matrix) tipidir. Hazırda bazarda dörd əsas matriks növlü var: TN, PVA, MVA və IPS. Fotoqraflar üçün ən yaxşı seçim IPS matriks olandır. Bu tip monitorlar ən dəqiq rəng ötürmə qabiliyyətinə malik olması ilə bərabər həm də ən bahalı olanlardır. 

Sual #60

Hacı
Sual:
Salam. 18-200 və 75-300 obyektivləri arasındakı fərqi bilmək istəyirdim. Birdə ki, bildiyimə görə 18-200 stabilizator var. Uzaq çəkilişlərdə stabilizator bir rol oynayır?
Cavab: Əleyküm salam. İlk öncə bütün oxuculardan və sual verənlərdən obyektivlərin ad və markalarını düzgün yazmağı xahiş edirəm. Bu həm mənim, həm də bloqun oxucularının işini xeyli asanlaşdırar.

Sual #58

Rufet
Sual: Salam. Nikon d90-a 24-70mm f/2.8 obektivi qoysam işləyəcək? Birdə softboks haqqında məlumat almaq istəyirəm. 
Cavab: Nikon d90 24-70mm f/2.8 obyektivi ilə işləyəcək, heç bir problem yoxdur. Softboks haqqında nə kimi məlumat almaq istədiyinizi aşağıdakı şərhlərdə daha dəqiq yazsanız ona da cavab verməyə çalışaram.  


Sual #57

Fuad
Sual:
Salam. Mən bilmək istərdim ki 18-200 mm canon əsasən nə çəkmək üçün nəzərdə tutulub?
Cavab: Əleyküm salam Fuad. Canon EF-S 18-200mm obyektivi APS-C sensorlu (krop) kameral üçün həzərdə tutulub və həm genişbucaqlı (18mm) həm də uzun fokus məsafəli (200mm) olduğundan onunla hər şey çəkmək mümkündür. Yeganə məhdudiyyət sizin fantaziyanızdır. 


Sual #56

Rufet
Sual: Salam. Mənədə Nikon SB 600 flaş var arada vurur sora dayanır, işləmir. O nədən olar?
Cavab: Bu problemi həll etmək üçün flaşı ustaya göstərsəz daha düzgün olar. Adətən belə hal  lampada çat olduqda baş verir.

Sual #55

Ayla
Sual: Salam. Mən "polarizer" filtri almaq istəyirəm. Bu barədə məlumat verərdiniz xahiş edirəm.
Cavab: Fotoqraflar Polarayzer (Polarizer) filterindən rəng çalarlarını daha parlaq etmək və parıltı və əksləri aradan qaldırmaq üçün istifadə edirlər. Polarayzer günəşli havada daha effektli nəticə verir. Bu filtr xüsusi şüşədən hazırlandığı üçün su, səma, şüşə, metal və digər parlaq cisimlərdən düşən əks və parıltını azaldır və ya tam qarşısını alır. Polarayzer filtləri tipinə görə xətti və dairəvi olur.

Sual #53

Alik
Sual: Salam aleyküm Rüfət müəllim. Həvəskar olaraq fotoqrafiya ilə məşğulam, çox şeydən məlumatım yoxdur. Bilmək istəyirəm ki, "full frame" fotoaparatların obyektivlərini "crop sensor" aparatlarda işlətmək olurmu? Məsələn Canon 7D ilə Canon 24-70mm obyektivini birlikdə işlədə bilərəmmi? Minnətdaram.
Cavab: Əleyküm Salam! Birinci növbədə onu yadda saxlamaq lazımdır ki, "tam kadr" (fullframe) obyektivləri krop (crop) kameralarda istifadə etmək olur, amma krop obyektivləri tam kadr kameralarda yox.