Sual #64

Gurban Asgarov
Sual: Salam Rüfət bəy, mən bilmək istərdim ki, Canon EF 50mm f/1.8 II ilə Canon EF 50mm f/1.4 USM obyektivi obyektivi arasındaki fərq nədir?
Cavab: Yazdığınız obyektivlərdə onların diafraqma rəqəminidəki fərqindən başqa bir sıra digər fərqlər də mövcuddur. Hər iki obyektiv eyni fokus məsafəsinə çalikdir və həm tam kadr (full frame), həm də APS-C sensorlu kameralarda istifadə üçün yararlıdır. Ölçüsü, çəkisi və qiymətinə görə EF 50mm f/1.8 daha aşağıdır.

EF 50mm f/1.8 obyektivin diametri 52mm, EF 50mm f/1.4 isə 58mm-dir. Birinci obyektivin linzalarının quruluşu 5 qrupda birləşmiş 6 elemetdən və 5 ləçəkli diafraqmadan, ikincidə isə 6 qrupda birləşmiş 7 elementdən və 8 ləçəkli diafraqmadan ibarətdir. İkinci obyektivin (EF 50mm f/1.4) avto fokusu ultra səs motolu (USM) olduğundan daha da sürətlidir. Hər iki obyektivin rəng və detalları əks etmə qabiliyyəti yüksəkdir və xromatik aberasiyalar demək olar ki yoxdur. 

Qiymət baxımından birinci obyektiv daha ucuzdur. Ümumilikdə hək iki obyektiv kifayət qədər keyfiyyətlidir. Gördüyünüz kimi obyektivlər arasında fərqlər var lakin, həvəskar nöqtəyi-nəzərindən son nəticəyə böyük təsir göstərəcək qədər deyil.



No comments:

Şərh yaz