Sual #61

Elshan
Sual: Salam, Şəkilləri keyfiyyətli emal olunmasında monitorun da rolu boyükdür. Bilmək isdərdim hansı monitorda işləmək lazımdı və bunu necə seçim.
Cavab: Dediyiniz kimi fotoqrafiyanın emalında monitorun rolu mühümdür. Fotoqraf çox zaman keyfiyyətli monitor seçməkdə çətinlik çəkir. Peşəkar monitor üçün vacib olan xüsusiyyətlər hansılardır? Əsas xüsusiyyətlərdən birincisi maye kristal matriksin (matrix) tipidir. Hazırda bazarda dörd əsas matriks növlü var: TN, PVA, MVA və IPS. Fotoqraflar üçün ən yaxşı seçim IPS matriks olandır. Bu tip monitorlar ən dəqiq rəng ötürmə qabiliyyətinə malik olması ilə bərabər həm də ən bahalı olanlardır. 

İkinci vacib xüsusiyyət monitorun baxış bucağıdıdr. O mümkün qədər geniş olmalıdır. Ucuz matriksli monitorların daha dar baxış bucağı olur ki, bu da monitora bir az yandan baxdıqda rəngləri və parlaqlığı təhrif edir. Üfüqi və şaquli baxış bucağı 175 dərəcədən yuxrı olan monitorlar ən yaxşı monitorlar hesab olunur. 

Digər bir mühüm xüsusiyyət monitorun rəng ötürmə qabiliyyətidir. Bahalı modellərdə sRGB rejimi əvvəlcədən istehsalçı tərəfindən yüksək səviyyədə tənzimlənmiş olur. Lakin buna baxmayaraq, ən bahalı monitorların belə rəng ötürmə qabiliyyətini mütəmade kalibrator vasitəsilə tənzimləmək lazımdır. Peşəkar monitorlarda sRGB rəng əhatəsi adətən 95 faiz və ondan yuxarı olur. 

Qiymət baxımından belə monitorlar $600-$3500 ABŞ dolları arası olur. Ən tanınmış markalardan Apple, Eizo, NEC və ya LaCie kimi peşəkar monitor istehsalçılarını nümunə göstərmək olar. Onu da nəzərə almaq lazımdır ki, əksər peşəkar monitorlar üçün matrikslər LG sikəti tərəfindən istehsal olunur. 


No comments:

Şərh yaz