Sual #86

Sadıq
Sual: Salamlar. Divardan asılmış yağlı boya ilə çəkilmiş çərçivəli rəsmi hansı obyektivlə çəkmək daha məqsədəuyğundur? Aparatım Nikon D3200-dür.
Cavab: Adətən bu növ çəkilişə "reproduksiya" deyilir. Reproduksiya incəsənət əsərlərinin fotoqrafiya vasitəsilə və ya əl ilə yenidən çəkməklə dəqiq surətinin yaradılmasıdır. Bu zaman həm perespektiv, rəng çalarları, həm də işığın temperaturu dəqiq əks etdirilməlidir. Reproduksiya işləri üçün xüsusi obyektivlər yoxdur, lakin bəzi obyektivlər bu işin öhdəsindən digərləri ilə müqayisədə daha yaxşı gəlir.

Əsas qaydalardan biri standart və ya uzun fokal məsafəli (50mm, 85mm, 100mm və s.) obyektivlərdən istifadə edilməlidir. Kiçik həcmli işləri çəkdikdə distorsiyanın olmaması üçün 85mm və ya daha uzun fokal məsafəli obyektivlər məsləhətdir. Eyni zamanda prime və makro obyektivlər ilə də daha yaxşı nəticə əldə etmək olar. Bu növ çəkilişlərdə kəskinlik dərinliyinə ehtiyac olmadığından daha bağlı diafraqma ilə çəkmək (f/5.6, f/8 və s.) məqsədəuyğundur. Bu zaman kadrın həm mərkəzi, həm də kənarları eyni dərəcədə kəskin alınacaq. İşıqlandırma və distorsiyaya da əlavə diqqət yetirmək vacibdir. 


No comments:

Şərh yaz