Sual #62

Elnur
Sual: Salam Rüfət müəllim. Mən küçə fotoqrafiyası (street photography) ilə maraqlanıram və həvəskar dərəcəsində məşğulam. Hazırda işlətdiyim aparat çox böyük və ağır olduğundan dəyişmək fikrindəyəm. Yeni aparat almaq istəyirəm. 3 model arasında seçim edə bilmirəm - Fuji x20, Canon Eos 600d (kit 18-55) və Nikon D5200 (kit 18-55). Bunlardan hansı daha uyğun olar?
Cavab: Salam Elnur bəy. Küçə fotoqrafiyası üçün kamera ətrafdakıların diqqətini nə qədər az cəlb etsə, bir o qədər yaxşıdır. Belə olduqda fotoqraf öz işini lazımsız diqqət cəlb etmədən rahat görə bilər. Belə kamera ilə fotoqraf ətrafdakılar tərəfdən daha çox "həvəskar" və ya turist kimi qəbul edilir və əlbətdə ki, fotoqrafın öz işini görməsi üçün daha əlverişli şərait yaranır. Bu baxımdan, küçə fotoqrafiyası üçün kiçik həcmli kameralar daha məqsədəuyğundur. 

Sadaladığınız kameralardan 2-si (Canon və Nikon) güzgülü-refleks (DSLR), biri isə (Fuji) güzgüsüz (mirrorless) kameralar sinfinə aiddir. Hər birinin həm müsbət, həm də mənfi cəhətləri var. Fokus sürəti baxımından güzgülü-refleks kameralar bir qədər üstündür. Ölçü və çəkini nəzərə alsaq, Fuji x20 daha münasibdir. Amma, onu da nəzərə alın ki, Fuji x20-in obyektivi sabitdir və onu dəyişmək mümkün deyil. Çəkiliş keyfiyyətində kameralar demək olar ki, o qədər də fərqlənmir. Mən özüm də Fuji kamerasından istifadə etdiyim üçün onun rahatlığına və keyfiyyətinə tam əminəm. 

    

No comments:

Şərh yaz