Sual #53

Alik
Sual: Salam aleyküm Rüfət müəllim. Həvəskar olaraq fotoqrafiya ilə məşğulam, çox şeydən məlumatım yoxdur. Bilmək istəyirəm ki, "full frame" fotoaparatların obyektivlərini "crop sensor" aparatlarda işlətmək olurmu? Məsələn Canon 7D ilə Canon 24-70mm obyektivini birlikdə işlədə bilərəmmi? Minnətdaram.
Cavab: Əleyküm Salam! Birinci növbədə onu yadda saxlamaq lazımdır ki, "tam kadr" (fullframe) obyektivləri krop (crop) kameralarda istifadə etmək olur, amma krop obyektivləri tam kadr kameralarda yox. 

Tam kadr obyektivlər kadrın daha çox sahəsini əhatə edir, daha yüksək həlletmə (resolution) qabiliyyətinə malikdir və bir qayda olaraq yüksək keyfiyyətli optika ilə təchiz edilir. Bu növ linzalar adətən daha yüksək kamera modellərində istifadə olunduğu üçün onların həm keyfiyyəti həm də qiyməti krop obyektivlərdən daha yüksək olur. 

Tam kadr obyektivləri krop kamerada işlətdikdə biz, obyektivin verə biləcəyi kadrın yalnız bir hissəsini istifadə edirik. İstənilən hər bir obyektivdə şəklin keyfiyyətinin kadrın kənarlarına döğru getdikcə pisləşdiyini nəzərə alsaq, tam kadr obyektivlərin krop kamerada istifadəsi şəklin keyfiyyətinə demək olar ki müsbət təsir göstərmiş olacaq. Yəni kadrda keyfiyyəti aşağı düşən kənar hissələr sensordan kənarda qaldığı üçün şəkildə əks olunmayacaq. 

Digər müsbət məqam odur ki, gələcəkdə tam kadr kameraya keçmək istədikdə, siz bütün obyektivlənizi dəyişmək məcburiyyəti qarşısında qalmayacaqsınınz. Yalnız kameranın özünü dəyişmək kifayət edəcək. 

Onu da qeyd edim ki, tam kadr obyektivləri ikinci əl bazarında satmaq daha asan olacaq. Bu növ işlənmiş obyektivlər həm həvəskar, həm də peşəkar fotoqraflar üçün maraqlıdır.


No comments:

Şərh yaz