Sual #91

Sadiq
Sual: Mənim aparatım çəkdiyi fotonu yaddaşındakı karta yazarkən sanki "fikirləşir". Bu niyə belə olur?

Cavab: Bu çox güman ki yaddaş kartı ilə bağlı məsələdir. Hazırda bazarda texniki göstəriciləri və keyfiyyətinə görə müxtəlif kartlar mövcuddur. Məsələn bir çox kameralarda SD (Secure Digital) kartlarından istifadə edilir. Bu kartlar əsasən iki tipdə olur - SDHC və SDXC. Birincisi böyük həcmli, ikincisi isə ultra böyük həcmli kartlardır. Səhv etmirəmsə SDHC-nin maksimal həcmi 64 GB, SDXC-nin isə 512GB-dır. 


Bu kartların UHS-I və UHS-II standrtları olur. UHS-II sözsüz ki daha müasir və hada sürətlidir. Bu kartlarda yazma sürəti 250 MB/saniyəyə çatır. 

Eyni zamanda əksər peşəkar kameralarda CF (Compact Flash) tipli yaddaş kartları da istifadə edilir. Həcm və yazma sürəti baxımından bu kartlar digərindən daha üstündür. Amma bu sürəti təmin etmək üçün kamerada müvafiq UDMA funksiyası dəstəklənməlidir. 

Kartı seçdikdə həcmi və tipi ilə yanaşı onun sürətinə də diqqət yetirmək lazımdır. Peşəkar kameralar, video çəkiliş və seriya foto çəkilişləri üçün 90 MB/saniyə və daha yüksək sürəti olan kartlar uyğundur.
 


Sualda yazdığınız problemin olmaması üçün daha yüksək yazma sürəti olan kartdan istifadə etməyinizi tövsiyə edirəm. 


No comments:

Şərh yaz