Sual #91

Sadiq
Sual: Mənim aparatım çəkdiyi fotonu yaddaşındakı karta yazarkən sanki "fikirləşir". Bu niyə belə olur?

Cavab: Bu çox güman ki yaddaş kartı ilə bağlı məsələdir. Hazırda bazarda texniki göstəriciləri və keyfiyyətinə görə müxtəlif kartlar mövcuddur. Məsələn bir çox kameralarda SD (Secure Digital) kartlarından istifadə edilir. Bu kartlar əsasən iki tipdə olur - SDHC və SDXC. Birincisi böyük həcmli, ikincisi isə ultra böyük həcmli kartlardır. Səhv etmirəmsə SDHC-nin maksimal həcmi 64 GB, SDXC-nin isə 512GB-dır. 

Studiya Işıqları İlə İş Seminarı

Hörmətli fotoqrafiya həvəskarları! 

Sizi dekabrın 18-də Bakıda ART Tower qalereyasında Emalatxana layihəsi çərçivəsində keçiriləcək seminara dəvət edirik. Seminar Arts Council Azərbaycan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunub. 

Portfolio-Revyu

Arts Council Azərbaycan Qeyri-Hökumət təşkilatı özünün "Emalatxana" layihəsi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi İctimai birliyi ilə birlikdə həvəskar və peşəkar fotoqrafları 12-13 noyabr tarixində Portfolio-Revyu formatında görüşə dəvət edir. Tədbir zamanı hər bir fotoqraf öz işlərindən ibarət portfoliosunu fərdi sessiyalarda peşəkar fotoqraflara göstərib müzakirə edə bilər. 

Facebook Səhifəmizə Qoşulun!

Bir müddət bundan əvvəl saytımızın Youtube kanalını anons etmişdik. Kanalda son hazırlıq işləri davam edir və bir azdan tam gücü ilə fəaliyyətə başlayacaq. Bugün isə "Fotoqrafiyaya aid 1001 sual" saytının Facebook Səhifəsinin açılması barədə xoş xəbəri sizinlə bölüşmək istəyirəm. 

Sual #91

Xaliq
Sual: Salam Rüfət bəy. Bildirmək istəyirəm ki fotoqrafiya sənətini çox sevirəm və daha çox şey əldə etmək istəyirəm. Məndə Nikon D3200 və D90 var, ancaq Astrofotoqrafiya çəkə bilmirəm. Ekspozisiya müddəti 30 saniyədən o tərəfə keçmir. Bu barədə mənə kömək edin zəhmət olmasa. Çox sağolun.
Cavab: Ekspozisiya müddətini artırmaq üçün sizə əlavə cihazdan - "Remote Shutter/Timer"dən istifadə etmək lazım olacaq. Bu cihaz və astrofotoqrafiya haqqında sizi maraqlandıram məlumat haqqında Sual #88-də ətraflı oxuya bilərsiniz. Hər hansı əlavə sualınız olsa, şərhlər bölməsində qeyd edin, cavab yazaram.  


Sual #90

Sadiq
Sual: Mən tam aydın, günəşli havada foto çəkərkən white balansı "прямых солнечных лучей" tam buludlu havada isə "облачный qoyuram". Lakin bəzən hava nə tam günəşli nə də tam buludlu olur. Belə havalarda white balansı hansı rejimə qoymaq daha məqsədəuyğundur?
Cavab: Kamerada Ağ Balansı (AB) seçmək üçün bir neçə standart rejimlər var. Lakin bu rejimlər hamısı hava şəraitinin və işıq temperaturunun ortaq bir vəziyyətini əks etdirir. Yəni, sizin dediyinz kimi nə tam günəşli, nə də tam buludlu hava üçün ayrı-ayrılıqda tənzimlənmə rejimləri olmur. Bu səbəbdən də, qeyd etdiyiniz hər iki rejimdən birini və ya elə günəşli rejimi seçə bilərsiniz. 

Sual #89

Sadıq
Sual: Salam Rüfət müəllim. Sizə bir sualım var. Fotoqrafiyada extender və converter nədir və nə işə yarayır? Təşəkkürlər.

Cavab: Ekstender (extender) və konverter (converter) birbaşa obyektivlərlə əlaqədardır. Ekstender obyektivlə kameranın gövdəsi arasında yerləşdirməklə obyektivin fokal məsafəsini artırmaq və ya azaltmaq üçün istifadə edilən qurğudur. Məsələn, 70-200mm obyektivi gövdəyə 2.0x konverter vasitəsilə qoşduqda, obyektivin fokus məsafəsi 2 dəfə artaraq 140-400mm olur.

Sual #88

Fərid
Sual:
Salam. Sizin çəkdiyiniz "Süd Yolu" fotosunu gördüm. Belə fotonu necə çəkmək lazımdır?
Cavab: Salam Fərid. Əgər sizi düz başa düşdümsə, Dübəndidəki fotokamp zamanı çəkdiyim ulduzlu səma fotosunu nəzərdə tutursunuz. İngiliscə "Milky Way", Azərbaycanca isə bu "Süd Yolu" və ya "Kəhkəşan" adlanır. Hər şeydən əvvəl qeyd edim ki, mənim mənzərə və astro fotoqrafiyaya o qədər də böyük marağım yoxdur və qeyd etdiyiniz fotonu sadəcə sınaq məqsədi ilə çəkmişdim. Bu mövzuda ilk təcrübəm olduğundan, eləcə də məkan və vaxt məhdudiyyətləri səbəbindən nəticədən o qədər də razı qalmamışdım. Kəhkəşan çəkilişində məkan və vaxt amili vacibdir və bunu əvvəlcədən planlaşdırmaq lazımdır. Kəhkəşan çəkmək üçün bizə nə lazım olduğuna ətraflı baxaq.

Sual #87

Royal
Sual: Salam. Nikon lens simulator saytında test aparırdım. Maraqlı bir sual yarandı məndə. Bunu sizinlə bölüşmək istədim. Sual belədir. Nikonun DX lensini 10-24mm-i DX kameradada FX kameradada yoxladıqda baxış dərəcəsi eyni oldu. 10mm-də bucaq budur 109°20. 36x24 24x16-da bu fərq yaratmalı deyildimi? Çox sağolun
Cavab: Royal, maraqlı sual üçün minnətdaram. Demək olar ki, bütün tanınmış DSLR kamera istehsalçıları həm kamera, həm də lensləri əsas iki formatda - full frame (Nikonda FX adlanır) və krop (crop - kəsilmiş) formatında (Nikonda DX adlanır) istehsal edir. Sensorlar arasındakı ölçü fərqi həm də obyektivlərin fokal məsafəsinin və görmə bucağının dəyişməsinə təsir edir. Kameranın sensorları arasındakı fərq barədə Sual #53Sual #68 ətraflı oxuya bilərsiniz.

Sual #86

Sadıq
Sual: Salamlar. Divardan asılmış yağlı boya ilə çəkilmiş çərçivəli rəsmi hansı obyektivlə çəkmək daha məqsədəuyğundur? Aparatım Nikon D3200-dür.
Cavab: Adətən bu növ çəkilişə "reproduksiya" deyilir. Reproduksiya incəsənət əsərlərinin fotoqrafiya vasitəsilə və ya əl ilə yenidən çəkməklə dəqiq surətinin yaradılmasıdır. Bu zaman həm perespektiv, rəng çalarları, həm də işığın temperaturu dəqiq əks etdirilməlidir. Reproduksiya işləri üçün xüsusi obyektivlər yoxdur, lakin bəzi obyektivlər bu işin öhdəsindən digərləri ilə müqayisədə daha yaxşı gəlir.