Sual #83

Aziz
Sual: Salam. Məndə belə bir problem yaranıb. Fotoları Lightroom-da işlədikdən sonra "Remove Photo" (REMOVE from disc) edib yeni fotolar əlavə edib davam edirəm işimə. Amma sonrada əvvəlki fotolarımı hansıları ki, edit etmişdim, onların originallarını tapa bilmirəm. Problem nədə ola bilər?
Cavab: Lightroomda fotoları emal etdikdən sonra onları silməyinizin səbəbini sözün düzü başa düşmədim. Proqramın əsas xüsusiyyəti və vacib funksiyalarından biri elə çəkdiyiniz fotoların saxlanılması, arxivləşdirilməsi və lazım gəldiyi an asanlıqla tapılması üçün nəzərdə tutulmuş kataloq (Catalogue) bölməsidir.

Sual #73

Aziz
Sual: Lightroomda bir effekti müxtəlif şəkillərə necə tətbiq etmək olar?
Cavab: Lightroom proqramı şəkillərin emal olunması üçün ən rahat alətlərdən biridir. Bu proqram fotoqrafın vaxtına çox qənaət edir. Hər hansı bir fotonu emal etdikdən sonra həmin kökləmələri digər bir və ya bir neçə fotoya çox asanlıqla tətbiq etmək mümkündür. Bu əməliyyat lightroomda sinxronlaşdırma (synchronize) adlanır. Buna həm də fotoların paket emalı da deyirlər. 

Sual #66

Rufet
Sual: Mən şəkillərdə film effektini necə əldə edə bilərəm?
Cavab: Şəkillərdə film effektini "preset" (lightroom) və ya "action" (photoshop) vasitəsilə əldə edə bilərsiniz. Bu "presetləri/actionları" pulla ala və ya lightroom və photoshopda iş təcrübəniz kifayət qədərdirsə, pulsuz olaraq özünüz də düzəldə bilərsiniz. İnternetdə pulsuz presetlər də kifayət qədər çoxdur və onları tapıb endirməyiniz üçün google və ya digər axtarış xidmətində müvafiq sorğunu daxil etməyiniz kifayətdir.

Sual #59

Elçin
Sual:
Rüfət bəy öncəliklə salam, mənim sizə lightroomla bağli bir sualım olacaq. Şəkilləri RAW formatında çəkmişəm, lightrooma atıram işləyirəm şəkilləri keyfiyyət ölur, ölçüləri də düzəldirəm dəyişən bir şey yoxdur, nədən ola bilər? Cavablandırsanız sevinərdim. Təşəkkürlər.
Cavab: Əgər fotonun keyfiyyəti eksport zamanı dəyişirsə (itirsə), onda çox güman ki, eksport menyusunda parametlər düzgün seçilməyib. Fotonun 1x1 miqyasda (tam ölçülü) eksport etmək yolunu Sual#54-də təsvir etmişəm.

   

Sual #54

Rufet
Sual: Salam. Lightroom 5.4 şəkilləri işləyib qurtardıqdan sonra export etdikdə şəkli yaxınlaşdıranda keyfiyyəti itir, o nədəndi?
Cavab: Bu Lightroomun eksport (Export) menyusunun düzgün köklənməməsindən irəli gəlir. Aşağıdakı şəkildə göründüyü kimi Lightroomda tam ölçülü JPEG formatda eksport zamanı fotonun keyfiyyətinə "File settings" və "Image Sizing" təsir göstərir.

Sual #43

Samed Sultan 
Sual: Lightroom 4-də istənilən bir hərəkəti klaviaturada özəl olaraq təyin etmək olurmu? Misal üçün exposure artırma və azaltmanı klaviaturada istəiyim kimi təyin edə bilərəm?
Cavab: Lightroom proqramında dediyiniz əməliyyatları klaviaturada əvvəlcədən təyin olunmuş, standart "qısa yol" (shortcut) düymələri ilə etmək olur.

Sual #38

Sevinc
Sual: Kartı hər dəfə kompyuterə taxdıqda Lightroom avtomatik açılır və şəkilləri import etməyi təklif edir. Bunun qarşısını almaq olar?
Cavab: Əlbətdə olar. Lightroom proqramı istifadəçi üçün nəzarət və idarə olunma cəhətdən ən münasib proqramlardan biridir. Yəni proqramın hansı məqamda necə hərəkət etməsini istifadəçi özü tənzimləyə bilir. Lightroomun kartı "görən" kimi avtomatik açılmasının qarşını almaq üçün: 

Sual #30

Kamran Kərimov
Sual: Salam Rüfət müəllim. Mən bilmədən karti format etmişəm və yenidən həmin şəkilləri geriyə qaytarmişam. Amma indi bir problem varki, jpg şəkillərin heç birində problem yoxdur, lakin raw faylları Lihtrooma atıram "error" göstərir. Nə edə bilərəm?
Cavab: Problemi həll etmək üçün bəzi şeyləri dəqiqləşdirmək lazımdır. Kartın bərpası hansı proqramla edilib? Silinən faylları (şəkilləri) qaytarmaq üçün bir sıra proqramlar var, amma onların hamısı eyni keyfiyyətlə işləmir. Mənim istifadə etdiyim və razı qaldığım Card Recovery proqramını tövsiyyə edə bilərəm.

Sual #25

Elçin Məmmədov
Sual: Fotoları emal etmək üçün hansı proqramdan istifadə etmək daha yaxşıdır Lightroom, yoxsa Photoshop?
Cavab: Hər iki proqram fotoları emal etmək üçün uyğundur. Fərq sizin fotonu nə dərəcədə emal etmək istədiyinizdən asılıdır. Fotonun rəng, kontrast, kəskinlik və s. baxımından emalı üçün Lightroom tam uyğun gəlir. Bu proqram fotoqrafların işlərini tam olaraq görməsi, işin həcminin yüngülləşdirilməsi üçün hazırlanıb və üstünlükləri çoxdur. 

Sual #6

Romal Ağayev
Sual: Sualım Lightroomla bağlıdır. Hansı versiyani məsləhət görürsünüz və Nikon NEF fayllarını Lightroom avtomatik olaraq dəyişir, buna səbəb nə ola bilər və bunun həlli nədir? 
Cavab: Əvvəlki versiyada (ver. 4) olmayan bir sıra yeni funksiya və alətlər olduğundan sözsüz ki, Lightroom 5 daha məsləhətlidir. Yeni funksiyalardan perspektivin avtomatik düzəldilməsi, yeni Dairəvi Filter (Radial Filter) aləti, kitab modulunun (Book Module) təkmilləşdirilməsi, fotolar kompüterdən kənarda olduğu halda onların Lightroomda oflayn rejimdə emal etmək imkanı (Smart Preview), daha yaxşı Healing Brush aləti, emal zamanı fotoların üzərinə yönləndirici xətlərin (Guidelines) əlavə edilməsi, proqram tərəfindən .PNG

Sual #5

Səməd Sultan
Sual: Lightroomda "quick selection" qısa yol düyməsi hansıdır və ya haradan əlavə etmək mümkündür?
Cavab: Lightroomda "quick selection" aləti mövcud deyil. Bu alət Photoshopda var və onun qısa yol düyməsi "W"-dur. Lightroomun klaviaturada qısa yollarının MAC və WIN versiyaları üçün tam siyahısını Lightroom Queen saytından əldə edə bilərsiniz.

Sual #3

Kamran
Sual: Məndə Lightroom 4.4 var amma 5.3 yükləyə bilmirəm
Cavab: Sual o qədər də aydın olmadığından problemin səbəbi barədə bir şey deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, proqramın bugünə olan son versiyasını (30 günlük demo variantını) Adobe saytından