Sual #55

Ayla
Sual: Salam. Mən "polarizer" filtri almaq istəyirəm. Bu barədə məlumat verərdiniz xahiş edirəm.
Cavab: Fotoqraflar Polarayzer (Polarizer) filterindən rəng çalarlarını daha parlaq etmək və parıltı və əksləri aradan qaldırmaq üçün istifadə edirlər. Polarayzer günəşli havada daha effektli nəticə verir. Bu filtr xüsusi şüşədən hazırlandığı üçün su, səma, şüşə, metal və digər parlaq cisimlərdən düşən əks və parıltını azaldır və ya tam qarşısını alır. Polarayzer filtləri tipinə görə xətti və dairəvi olur. Bu filtrdən istifadə edənlərin rəyinə görə keyfiyyət baxımından dairəvi daha yaxşıdır. Adətən filtrin quruluşu 2 hissədən ibarət olur - sabit və fırlanan hissə. Sabit hissə (halqa) obyektivə bağlanır, firlanan hissə ilə isə işığın düşməsi tənzimlənir. Bütün halqa filtrlər kimi bu filtri də almazdan əvvəl onu hansı obyektivdə istifadə edəcəyinizi əvvəlcədən bilməlisiniz ki, filtrin halqası obyektivin diametrinə uyğun oldsun. Yaxşı polarayzerlər baha olduğundan onu hər obyektiv üçün almaq maddi cəhətdən o qədər də əlverişli deyil. Bir dənə böyük diamerli polarayzer alıb onu daha kiçik diametrli obyektivlərdə də əl ilə tutmaq şərtilə istifadə etmək olar, amma bu metod vərdiş edənə qədər bir az çətin ola bilər. Polarayzer filtrlərinin şübhəsiz ki, çox faydalıdır, amma bəzi çatışmayan cəhətləri də nəzərə almaq lazımdır.

  • Bu filtrlər 2-3 stop daha artıq ekspozisiya tələb edə bilər. 
  • Qiymətinə görə digər filtrlərdən daha bahalıdır.
  • Maksimal effekt əldə etmək üçün halqanı fırlatmaq lazım gələcək ki, bu da öz növbəsində fotonun çəkilməsinə və kompozisiyaya sərf etdiyiniz vaxtı bir qədər artıracaq. 
  • Adətən onlardan panorama çəkilişlərində və genişbucaqlı obyektivlərdə istifadə etmək olmur. 

Bu filtrdən daha çox açıq hava və mənzərə çəkilişlərində istifadə edilir. 


No comments:

Şərh yaz