Elmar Hüseynov
Sual: Salam. Mən "manual" və "avto fokus" haqqında məlumat almaq istərdim. Tək portret və ya iki nəfər çəkəndə kəskinlik bir gözdə olur, o biri isə bulaniq alınır. Bilmək istəyirəm ki, "manual fokus", yəni fokus nöqtələrini düzgün təyin etmək ücün hansı parametri seçmək olar?
Cavab: Sizin sualınızda təsvir etdiyiniz məsələ kameranın hansı fokus ("manual" və ya "avto") rejimində işləməyindən asılı deyil. Bu fokus nöqtələrinin seçimi və diafraqma ilə əlaqədardır. Növbə ilə hər iki səbəbi araşdıraq.