Sual #93

Tural
Sual: Salam. Canon EOS 700 modelində Manual rejimin menyusunda WB-ni seçdikdən sonra setkalı koordinat oxuna bənzər bir menyu açılır. Bu nədən ötrüdür?

Cavab: Əgər sizi düz başa düşdümsə, dediyiniz kameranın WB Shift/BKT menyusudur. Menyunun bu bölməsi kameranın ağ balansı necə "başa düşdüyünü" dəyişmək üçündür. Bu menyuda dəyişiklik etməklə siz, kameranın rəngləri necə əks etməsini dəyişmiş olursunuz. Mərkəzdəki nöqtəni hər hansı bir rəng istiqamətində dəyişdikdə kameranın bütün rəngləri də həmin tərəfə dəyişəcək. 

Sual #90

Sadiq
Sual: Mən tam aydın, günəşli havada foto çəkərkən white balansı "прямых солнечных лучей" tam buludlu havada isə "облачный" qoyuram. Lakin bəzən hava nə tam günəşli nə də tam buludlu olur. Belə havalarda white balansı hansı rejimə qoymaq daha məqsədəuyğundur?
Cavab: Kamerada Ağ Balansı (AB) seçmək üçün bir neçə standart rejimlər var. Lakin bu rejimlər hamısı hava şəraitinin və işıq temperaturunun ortaq bir vəziyyətini əks etdirir. Yəni, sizin dediyinz kimi nə tam günəşli, nə də tam buludlu hava üçün ayrı-ayrılıqda tənzimlənmə rejimləri olmur. Bu səbəbdən də, qeyd etdiyiniz hər iki rejimdən birini və ya elə günəşli rejimi seçə bilərsiniz. 

Sual #65

Arzu
Sual: "Gray card" nədir və nə üçün istifadə edilir?
Cavab: "Gray card" - azərbaycanca "boz kart" - rəqəmsal fotoqrafiyada ekspozisiya və ağ balansın düzgün təyin olunması üçün istifadə edilir. "Boz kart" adından da bəlli olduğu kimi boz rəngli karton, parça və ya plastikdən hazırlanır. Onun işığı əks etmə qabiliyyəti ağ rənglə qara rəngin arasında yerləşən boz rəngin 18%-i təşkil edir və ekpozisiya və ağ balansın təyin olunmasında etalon kimi qəbul edilir.  

Sual #45

Ceyhun Ali
Sual: Salam. Canon EOS 6D-də Kelvin olur?
Cavab: Sual çox qəribə olsa da, belə başa düşdüm ki, Canon 6D-də ağ balansı (white balance) necə dəyişmək barəsində öyrənmək istəyirsiniz. Əgər səhf başa düşmüşəmsə, onda aşağıda şərhlər bölməsində sualı daha aydın yazmağa çalışın.

Sual #23

Sadiq Əlizadə
Sual: Salam. Mən işığın temperaturu (Kelvin) haqda oyrənmək istəyirəm. Şəkil çəkəndə Kelvini düzəldirəm ancaq şəkillərdə müxtəlif olur. Məsələn 5500 edirəm amma bəzi şəkildə 5300, bəzisində 4900 olur. Bu fərqin səbəbi nədəndir? 
Cavab: İşığın temperaturu barədə sual o qədər də aydın olmadığı üçün bu haqda dəqiq bir şey demək çətindir. Amma "Ağ Balans" və işıq temperaturu barədə Sual #17-də ətraflı oxuya bilərsiniz.


Sual #17

Tahir
Sual: Ağ balansın əvvəlcədən düzgün təyin edilməsi nə dərəcədə vacibdir?
Cavab: Ağ Balans - AB (White Balance - WB) anlayışı fotoqrafiya ilə yeni maraqlananlar üçün ilk baxışdan çətin görünə bilər. Əslində bu o qədər də qəliz bir məsələ deyil. Sadəcə olaraq işığın xüsusiyyətlərini başa düşmək kifayətdir. İstənilən işıq mənbəyindən düşən işığın özünə məxsus rəngi var və bu işıq ətrafdakı cisimlərin üzərinə düşdükdə onların rəngini dəyişir. Bizi əhatə edən hər bir cisimin öz temperaturu var və deməli istilik şüaları saçır. Bu rəngin temperaturu adlanır.