Studiya Işıqları İlə İş Seminarı

Hörmətli fotoqrafiya həvəskarları! 

Sizi dekabrın 18-də Bakıda ART Tower qalereyasında Emalatxana layihəsi çərçivəsində keçiriləcək seminara dəvət edirik. Seminar Arts Council Azərbaycan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunub. 

Portfolio-Revyu

Arts Council Azərbaycan Qeyri-Hökumət təşkilatı özünün "Emalatxana" layihəsi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi İctimai birliyi ilə birlikdə həvəskar və peşəkar fotoqrafları 12-13 noyabr tarixində Portfolio-Revyu formatında görüşə dəvət edir. Tədbir zamanı hər bir fotoqraf öz işlərindən ibarət portfoliosunu fərdi sessiyalarda peşəkar fotoqraflara göstərib müzakirə edə bilər. 

Facebook Səhifəmizə Qoşulun!

Bir müddət bundan əvvəl saytımızın Youtube kanalını anons etmişdik. Kanalda son hazırlıq işləri davam edir və bir azdan tam gücü ilə fəaliyyətə başlayacaq. Bugün isə "Fotoqrafiyaya aid 1001 sual" saytının Facebook Səhifəsinin açılması barədə xoş xəbəri sizinlə bölüşmək istəyirəm. 

Saytda Yeniliklər - Youtube Kanalımız

Hörmətli həvəskar və peşəkar fotoqraflar! Çoxlarınızın, xüsusən də yeni başlayan və həvəskar fotoqrafların maraqla izlədiyi "Fotoqrafiyaya aid 1001 sual" saytı yay tətili bitdikdən sonra, sentyabr ayından bəzi xırda yeniliklərlə işinə davam edəcək. Saytı oxucularımız üçün daha maraqlı etmək məqsədilə göndərdiyiniz suallara yazılı cavabla bərabər, həm də video formatda cavab veriləcək.

Sayta dəstək olmaq istəyənlərin nəzərinə!

Saytımız 1 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ümid edirəm ki, bu müddət ərzində saytın fəaliyyəti çoxlarınız üçün faydalı olub. Saytı başlamaqda mənim əsas məqsədim, təmənnasız olaraq Azərbaycan dilində fotoqrafiyaya aid mümkün qədər zəngin bir resurs yaratmaq olub. Layihə tam qüvvəsi ilə davam etməkdədir və yaxın gələcəkdə daha maraqlı və fərqli formatda suallarınızı cavablandırmağa davam edəcəyəm. Lakin, həyatın öz qanunları var və sayt böyüdükcə daha çox vaxt və resurs tələb edir. Saytın sizin dəstəyinizə ehtiyacı var.

Yeni, 2015-ci iliniz mübarək!

Əziz dostlar, saytımız qış tətilinə çıxır. Göndərdiyiniz bütün suallar yanvar ayının 10-dan etibarən cavablandırılacaq. Hamınızın yeni, 2015-ci ilini təbrik edirəm! Yeni ildə daha çox maraqlı kadrlar əldə etmək arzusu ilə! Ümid edirəm ki, yeni ildə saytımız sizin üçün daha maraqlı və faydalı olacaq. Yeni iliniz mübarək!


Sayt Sizə nə qədər faydalıdır?

Artıq bir neçə aydır ki, 1001 Sual fəaliyyətini davam etdirir və fotoqrafiya sənətinə marağı olan hər kəsin suallarına mütəmadi cavab verir. Saytda yazılan mövzulara oxucuların münasibəti və ümumilikdə saytın işi barəsində fikirlərinizi öyrənmək mənim üçün çox maraqlıdır. Hər bir müəllif öz saytının oxucular tərəfindən necə qarşılandığını həmin saytda onların qoyduğu rəy və şərhlər vasitəsilə oyrənir. Saytda və ya bloqda şərhlər kifayət qədər olmadıqda müəllifin gördüyü işin faydalı olub-olmaması barədə ətraflı məlumat almaq imkanı məhdudlaşır. Bu səbəbdən də oxucularla əks əlaqənin qurulması mənim üçün çox vacibdir.

"1001 Sual"-ın 1 ayı tamam oldu!

Hər kəsə salamlar!

İlk öncə 1001 Suala ola maraq və dəstəyə görə bütün oxuculara minnətdarlığımı bildirmək istəyirəm! Bugün saytın istifadəyə verilməsinin 1 ayı tamam olur. Bir ay bundan əvvəl - Mart ayının 20-də saytı istifadəyə verdikdə ona bu qədər marağın olacağını təsəvvür etmək çətin idi.

"1001 sual" nədir?

"Fotoqrafiyaya aid 1001 sual" bloquna xoş gəlmisiniz.

Bu layihəni mən - fotoqraf Rüfət Abas, fotoqrafiya ilə əlaqəli sualları bir araya yığıb onlara cavab vermək və bununla da Azərbaycan dilində fotoqrafiyaya aid mümkün qədər zəngin bir resurs yaratmaq məqsədilə başlamışam. "1001 sual" kameranı yenicə əlinə götürən və ya kifayət qədər təcrübəsi olan bütün həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Fotoqrafiya haqqında sizi maraqlandıran bütün suallarınızı burada yaza bilərsiniz. Sual vermək üçün müvafiq düyməni basıb sualınızı yazın və göndərin. Sualınızı həmçinin twitter vasitəsilə #1001sual haştaqı ilə göndərə bilərsiniz. Cavablar bu bloqda dərc olunacaq. Sual verməyə çəkinməyin!

20 mart, 2014-cü il