Sual #60

Hacı
Sual:
Salam. 18-200 və 75-300 obyektivləri arasındakı fərqi bilmək istəyirdim. Birdə ki, bildiyimə görə 18-200 stabilizator var. Uzaq çəkilişlərdə stabilizator bir rol oynayır?
Cavab: Əleyküm salam. İlk öncə bütün oxuculardan və sual verənlərdən obyektivlərin ad və markalarını düzgün yazmağı xahiş edirəm. Bu həm mənim, həm də bloqun oxucularının işini xeyli asanlaşdırar.

Əgər düz başa düşmüşəmsə, sualda Canon EF-S 18–200 f/3.5–5.6 IS və EF 75–300mm f/4–5.6 obyektivlərindən söhbət gedir. Bu obyektivlər arasında əsas fərq onların fərqli fokus məsafəsinə malik olmasıdır. Bundan əlavə Canon EF-S 18–200 f/3.5–5.6 IS yalnız APS-C (crop) sensorlu kameralara, Canon EF 75–300mm f/4–5.6 isə həm tam kadr (full frame) həm də APS-C (crop) sensorlu kameralara uyğundur.

Sabitləşdiriciyə gəldikdə isə (stabilizer) bu funksiya EF-S 18–200-də mövcuddur. Canon EF 75–300mm-in isə yalnız "IS USM" modelində sabitləşdiricisi var. Digər modellərində (USM, II, II USM, III, III USM) sabitləşdirici yoxdur.

Telefoto obyektivlərində sabitləşdiricinin rolu böyükdür. Sabitləşdirici, adından da məlum olduğu kimi kameranın sabit qalmasına və az da olsa əlin əsməsi və ya güzgünün qalxıb enməsi zamanı əmələ gələn vibrasiya səbəbindən fotoda yaranan yayğınlığın aradan qaldırılmasına kömək edir.


No comments:

Şərh yaz