Studiya Işıqları İlə İş Seminarı

Hörmətli fotoqrafiya həvəskarları! 

Sizi dekabrın 18-də Bakıda ART Tower qalereyasında Emalatxana layihəsi çərçivəsində keçiriləcək seminara dəvət edirik. Seminar Arts Council Azərbaycan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunub. 

Portfolio-Revyu

Arts Council Azərbaycan Qeyri-Hökumət təşkilatı özünün "Emalatxana" layihəsi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi İctimai birliyi ilə birlikdə həvəskar və peşəkar fotoqrafları 12-13 noyabr tarixində Portfolio-Revyu formatında görüşə dəvət edir. Tədbir zamanı hər bir fotoqraf öz işlərindən ibarət portfoliosunu fərdi sessiyalarda peşəkar fotoqraflara göstərib müzakirə edə bilər. 

Sual #85

Togrul
Sual:
Mən sizə street photo barədə sual vermək istəyirəm. Eşitdiyimə görə hər küçədə çəkilən şəkil street photoya aid ola bilməz. Bəs o zaman street photoya hansi tip şəkillər aiddir? Təşəkkür.
Cavab: Küçə fotoqrafiyası, (street photography) - ictimai yerdə - yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir.

Sual #81

Ayla
Sual: Salam. Küçə fotoqrafiyasına marağım coxdur. Amma nədənsə küçədə cəkdiyim bütün şəkillər boz rəngdə, eyni tonlu, sanki sönük olur. Şəkillərin canlı olması üçün nələr vacibdir? Məsləhətə ehtiyacım var. Fotoaparat Nikon D5200, obyektiv 18-105.
Cavab: Əgər düz başa düşmüşəmsə, sual şəkillərin məzmunu haqda deyil, məhz rəng çaları barədədir. Əvvəla onu deyim ki, əgər kamerada və obyektivdə heç bir texniki problem yoxdursa, onda bu məsələdə onların rolu o qədər də böyük deyil. 

Sual #79

Zəka
Sual: Mən fotoqraf olmaq istəyirəm. Sadəcə bu işin incəliklərini öyrənə biləcəyim peşəkar fotoqrafa ehtiyacım var. Bu haqda məsləhət verə bilərsiz?
Cavab: Bu sahə üzrə Azərbaycanda təəssüf ki, formal təhsil yoxdur. Fotoqrafiyanı öyrənmək istəyənlər fərdi dərslər/təlimlər, ustad dərsləri, texniki kitablar və internetdə olan video dərslər və məqalələr vasitəsi ilə bilik və bacarıqlarını artıra bilər. 

Sual #70

Memmedli İbrahim
Sual: Sizcə insanın boyunun kiçik olması ona bu sənətdə problem yarada bilərmi?
Cavab: Sizdə belə bir sualın yaranma səbəbini bilmək mənim üçün çox maraqlıdır. Sual öz-özlüyündə məzəli olduğu qədər həm də ciddidir. Fotoqrafiya boy, çəki, küc və bu kimi digər fiziki göstəricilərlə birbaşa əlaqəli deyil, yəni, yaxşı fotoqraf kimi formalaşmaq üçün bu göstəricilərin o qədər də böyük əhəmiyyəti yoxdur. 

Sual #67

Shirin Haciyev
Sual: Salam hörmətli Rüfət müəllim. Türkcədə "pozlama" adlanan, ingiliscədə "shutter speed" adlanan terminin, o cümlədən əvvəlki dövrlərdə fotoapparatların içində olan "plyonka" dediyimiz lentin azərbaycanca dəqiq bir adi varmı? Əvvəlcədən minnətdaram.
Cavab: Çox maraqlı və eyni zamanda çətin mövzuya toxundunuz. Azərbaycan dili nə qədər zəngin olsa belə, bir sıra texniki söz və terminlər var ki, onların dilimizdə təəssüf ki, dəqiq qarşılığı yoxdur. Bu öz növbəsində texniki ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsində ciddi problemlər yaradır. 

Sual #56

Rufet
Sual: Salam. Mənədə Nikon SB 600 flaş var arada vurur sora dayanır, işləmir. O nədən olar?
Cavab: Bu problemi həll etmək üçün flaşı ustaya göstərsəz daha düzgün olar. Adətən belə hal  lampada çat olduqda baş verir.

Sual #51

Azik
Sual: Salam. Canon 60D sayğacının neçə olduğunu, yəni ümumilikdə neçə şəkil çəkdiyini haradan ölçə bilərəm?
Cavab: Bu sual saytda bir neçə dəfə verilib və cavablanıb. Sayğac haqda burada oxuya bilərsiniz.


Sual #47

Rafiq
Sual: Salam, foto avadanlığı haradan almağı məsləhət görürsünüz? 
Cavab: Hər hansı avadanlığın alınması Azərbaycanda o qədər də problemli bir məsələ deyil. Hal-hazırda əsas üç variant var: Mağazadan, "Əldən" və Onlayn. Hər üç variantın müsbət və mənfi cəhətləri mövcuddur. 

Sual #37

Nəriman Cabbarov
Sual: Salam. Azərbaycanda peşəkar foto təlimlər və ya kurslar var? Azərbaycanda yoxsa Türkiyədə kurslar daha yaxşı hazırlıqlı keçir?
Cavab: Azərbaycanda peşəkar fotoqrafiya kursları az da olsa, var. Bu kurslar əsasən bir neçə təçrübəli fotoqraf tərəfindən keçirilən uzunmüddətli təlimlərdir. Bundan əlavə mütəmadi olaraq hansısa bir mövzu ətrafında 2-3 günlük ustad dərsləri də keçirilir. Azərbaycankı təlimlər haqda Azərbaycan Fotoqrafları Birliyinin (AFB) facebook səhifəsindən məlumat ala bilərsiniz. 

Sual #24

Tahir
Sual: Fotoqrafiya sahəsində müvəffəqiyyətə nail olmaq üçün bu sahədə ali təhsil vacibdirmi?
Cavab: Məncə bütün sahələrdəki kimi fotoqrafiyada da təhsilin olması vacibdir, amma bu ali təhsil diplomu olmaya da bilər. Biliyi fərdi təlimlər, ustad dərsləri, texniki kitablar və internetdə olan video dərslər və məqalələr vasitəsi ilə də inkişaf etdirmək olar.