Sual #71

Bərəhman
Sual: Salam, zəhmət olmasa "vıderjka" nə olduğunu açıqlayardınız... minnətdaram.
Cavab: Əvvəlcə onu qeyd edim ki, "vıderjka" rus sözüdür (выдержка) və onun azərbaycanca tərcüməsi mövcuddur. Azərbaycanca buna "sürgü sürəti", ingiliscə isə "shutter speed" deyilir.

Sual #69

Shirin Haciyev 
Sual: Fotoaparatın rejimlərindən olan Tv (Time Value or Shutter Priority) və Av (Aperture Value or Aperture Priority) rejimlərinin ingiliscə mənalarını başa düşürəm, lakin azərbaycanca konkret ifadə edə bilmirəm. Tv rejimi Pərdə sürəti üstünlüklü rejim, Av rejimi isə diafraqma üstünlüklü rejim sözləri ilə ifadə etsəm düzgün olarmı sizcə?
Cavab: Bir az əvvəl yazdığım kimi terminlərin azərbaycancaya tərcümə olunmasında bir sıra problemlər var.  Buna baxmayaraq, fotoqrafiyaya aid olan terminlərin dilimizə mümkün qədər dəqiq tərcümə olunmasına calışırıq. Kamerada olan çəkiliş rejimlərindən Tv (Time Value or Shutter Priority) azərbaycancaya "Sürgü üstünlüyü", Av (Aperture Value or Aperture Priority) isə "Diafraqma üstünlüyü" kimi tərcümə edilir. 

Sual #51

Azik
Sual: Salam. Canon 60D sayğacının neçə olduğunu, yəni ümumilikdə neçə şəkil çəkdiyini haradan ölçə bilərəm?
Cavab: Bu sual saytda bir neçə dəfə verilib və cavablanıb. Sayğac haqda burada oxuya bilərsiniz.


Sual #40

Sevil
Sual: Diafraqmanı 16 qoyduqda İSO və shutter-in eyni olması barədə hansısa qaydanın olduğu haqqında oxumuşdum amma dəqiq başa düşməmişdim. Bunu ətraflı izah edə bilərsiniz? 
Cavab: Çox güman ki, sizin dediyiniz "Günəşdə 16" (Sunny 16) qaydasıdır. Fotoqrafiyada bu metod günəşli havada ekspоnometrdən istifadə etmədən vizual olaraq düzgün ekspozisiyanı təyin etmək üçün istfadə olunur. Bu metod əvvəllər, fotoqrafların filmə çəkdikləri vaxt daha çox istifadə olunurdu. İçində elektron eksponometr olan rəqəmsal kameraların daha çox inkişaf edib, yayıldığı bir dövrdə bu metoda o qədər də ehtiyac qalmayıb.

Sual #35

Azad
Sual: Salam! Hamıya uğurlar. Mən heç vaxt atəşfəşanlıq (salyut) çəkməmişəm. Aparatım Canon 5d mark 2, obyektiv isə 24-105 mm-dir. Ekspozisiyanı necə qurmaliyam? Qabaqcadan təşəkkür!
Cavab: Atəşfəşanlıq əsasən aşağı sürgü sürəti ilə çəkilir. Bu səbəbdən hər şeydən əvvəl kameranı sabit saxlamaq üçün tripoddan istifadə etmək lazımdır. Kameranın çüzi də olsa əsməsi şəkillərin kəskinliyinə məndi təsir edə bilər. Maksimum sabitliyi təmin etmək üçün çəkilişi uzaqdan idarə (remote control) ilə aparmaq daha məqsədəuyğundur. 

Sual #31

Elçin
Sual: Salam. Canon 5d mark III - də məndə belə bir problem var. P rejimdə və flaş qoshulu olanda sürgü sürəti 60-dan yuxarı nə qalxır nə də azalır. Zəhmət olmasa bununla əlaqədar mənə köməklik edin. Öncədən təşəkkür.
Cavab: P rejimi (proqram) seçildikdə siz yalnız İSO-nu dəyişə bilirsiniz, sürgü sürətini və diafraqmanı isə kamera avtomatik olaraq təyin edir. Bu, istehsalçı və modeldən asılı olmayaraq bütün kameralarda eynidir. 

Sual #29

Şirin Hacıyev
Sual: Salam. Canon 7D-nin ümumilikdə neçə şəkil çəkdiyini (sayğac) haradan öyrənə bilərəm? Əvvəlcədən təşəkkürlər
Cavab: Kameranın çəkdiyi şəkillərin ümumi sayını öyrənmək üçün universal olan bir proqram yoxdur. Hətta eyni istehsalçının müxtəlif modellərində bu məlumatı əldə etmək yolu fərqlidir. 

Sual #26

Elmar Hüseynov
Sual: Salam. Sizdən bir şey soruşmaq istəyirəm. Çöldə şəkil çəkmək üçün hansı parametrdən istifadə elemek olar? Yəni sürgü sürəti diafraqma və ISO nə qədər olmalıdır? Standart parametr var tam əla çəkmək üçün? Məsələn çöldə mən diafraqmanı f/2.8, İSO 100, sürgü surəti 1/200 edirəm. 
Cavab: Buna bənzər sualı bir az əvvəl daha bir oxucu vermişdi. Bayır çəkilişlərində ekspozisiyanın hansı parametrlərdə təyin edilməsi barədə standart bir yanaşma yoxdur. İstər qapalı, istərsə də açıq məkanda şəkil çəkərkən bir sıra amili nəzərə almaq vacbdir.

Sual #7

Emin Məmmədov
Sual: Bayırda şəkil çəkdiyimiz zaman diafraqmanı nə qədər bağlamaq məsləhətdi? Məsələn f/2.8 açsaq o zaman sürgü sürəti neçə olmalıdır? Bir də sürgü sürəti haqqında ətraflı bilmək istəyirəm.
Cavab: Ekspozisiyanın əsas elementləri Diafraqma (Aperture), Sürgü sürəti (Shutter speed) və İSO-dur. Buna çox vaxt ekspozisiya üçlüyü də deyilir. Bu elementlər bir-biri ilə daima əlaqəlidir.  

Sadə bir misalla ekspozisiya üçlüyünü başa salmağa çalışacağam. Bir su kranı təsəvvür edin. Kranın borusundan axan su kameranın sensoruna düşən işıqdır. Kranı açıb-bağlamaqla axan suyun həcminə nəzarət edirik. Bu diafraqmadır. Krandan axan suyu biz nəyə yığmaq istədiyimizdən asılı olaraq kiçik və ya böyük qab seçirik. Bu da İSO-dur. Sürgü sürəti isə həmin qabı doldurmaq üçün sərf olunan vaxtdır. Kiçik qab böyük qaba nisbətən daha sürətlə dolacaq. Deməli sürgü sürəti yüksək olacaq. Əgər böyük qabı doldurmaq istəyiriksə, onda ya müddət çox olmalıdır ya da axan suyun həcmini (sensora düşən işığı) artırmalı, yəni diafraqmanı geniş açmalıyıq.

Sual #4

İlkin
Sual: Salam Məndə Canon 20 D-dir. Aparatin çəkdiyi şəkillərin ümumi sayını necə öyrənə bilərəm?
Cavab: Hər bir kameranın şatterinin (shutter) istehsalçı tərəfindən müəyyən etdiyi ömrü var və o, modeldən modelə fərqli olur. Lakin bu o demək deyil ki, kameranın şatter mexanizmini müəyyən dəfə basıldıqdan sonra mütləq dəyişmək lazımdır. Bu sadəcə istehalçı tərəfindən şatter üçün verilən zəmanətli təkrar basılma sayıdır. Nəzərə alın ki, şatterinin neçə dəfə basıldığını müəyyənləşdirmək üçün vahid standart sistem mövcud deyil və daha köhnə modellərdə bunu dəqiq öyrənmək imkanı yoxdur.