Sual #84

Elshan
Sual: Salam. Photoshopda şəkli emal etdikdən sonra onu hansı ayarlarla və necə saxlamaq (save) lazımdır ki, sayt və ya sosial şəbəkələrdə paylaşdıqda şəkil öz keyfiyyətini, rənglərini itirməsin.
Cavab: Fotoları internetdə dərc etmək üçün adətən bir neçə formatdan, daha dəqiq desək GIF, PNG və JPEG formatlarından istifadə edilir. Bunların arasında fotoqrafiya üçün ən münasibi JPEG formatıdır. Photoshopda şəkillərin internet üçün hazırlanmasının əsas iki yolu var.

Sual #78

Elchin Xelilov 
Sual: Adobe Photoshop CS3-də şəkilləri açanda "the document has an embedded color profile that does not match the current RGB working space" xəbərdarlığı çıxır. Bu sorğunu ləğv etmək olarmı?
Cavab: Bu proqramın rəng profilləri (color profile) ilə bağlı olan məsələdir. Problemin mahiyyəti ondan ibarətdir ki, açmaq istədiyiniz şəklin rəng profili proqrmın rəng profili ilə uyğun gəlmir.

Sual #76

Aziz
Sual: Portret foto çəkiləndən sonra arxa fonu (background) ağ, qara yaxud mavi etmək üçün nə etməliyəm? Bu prosesi hansı proqramla həyata keçirtmək olar?
Cavab: Fotonun fonunu dəyişmək üçün bir neçə proqramdan istifadə etmək olar. Bu proqramlardan ən populyar olanı "Adobe Photoshop"dur. Photoshopda bunu etməyin yolları da müxtəlifdir.

Sual #66

Rufet
Sual: Mən şəkillərdə film effektini necə əldə edə bilərəm?
Cavab: Şəkillərdə film effektini "preset" (lightroom) və ya "action" (photoshop) vasitəsilə əldə edə bilərsiniz. Bu "presetləri/actionları" pulla ala və ya lightroom və photoshopda iş təcrübəniz kifayət qədərdirsə, pulsuz olaraq özünüz də düzəldə bilərsiniz. İnternetdə pulsuz presetlər də kifayət qədər çoxdur və onları tapıb endirməyiniz üçün google və ya digər axtarış xidmətində müvafiq sorğunu daxil etməyiniz kifayətdir.

Sual #25

Elçin Məmmədov
Sual: Fotoları emal etmək üçün hansı proqramdan istifadə etmək daha yaxşıdır Lightroom, yoxsa Photoshop?
Cavab: Hər iki proqram fotoları emal etmək üçün uyğundur. Fərq sizin fotonu nə dərəcədə emal etmək istədiyinizdən asılıdır. Fotonun rəng, kontrast, kəskinlik və s. baxımından emalı üçün Lightroom tam uyğun gəlir. Bu proqram fotoqrafların işlərini tam olaraq görməsi, işin həcminin yüngülləşdirilməsi üçün hazırlanıb və üstünlükləri çoxdur.