Sual #91

Xaliq
Sual: Salam Rüfət bəy. Bildirmək istəyirəm ki fotoqrafiya sənətini çox sevirəm və daha çox şey əldə etmək istəyirəm. Məndə Nikon D3200 və D90 var, ancaq Astrofotoqrafiya çəkə bilmirəm. Ekspozisiya müddəti 30 saniyədən o tərəfə keçmir. Bu barədə mənə kömək edin zəhmət olmasa. Çox sağolun.
Cavab: Ekspozisiya müddətini artırmaq üçün sizə əlavə cihazdan - "Remote Shutter/Timer"dən istifadə etmək lazım olacaq. Bu cihaz və astrofotoqrafiya haqqında sizi maraqlandıram məlumat haqqında Sual #88-də ətraflı oxuya bilərsiniz. Hər hansı əlavə sualınız olsa, şərhlər bölməsində qeyd edin, cavab yazaram.  


Sual #90

Sadiq
Sual: Mən tam aydın, günəşli havada foto çəkərkən white balansı "прямых солнечных лучей" tam buludlu havada isə "облачный" qoyuram. Lakin bəzən hava nə tam günəşli nə də tam buludlu olur. Belə havalarda white balansı hansı rejimə qoymaq daha məqsədəuyğundur?
Cavab: Kamerada Ağ Balansı (AB) seçmək üçün bir neçə standart rejimlər var. Lakin bu rejimlər hamısı hava şəraitinin və işıq temperaturunun ortaq bir vəziyyətini əks etdirir. Yəni, sizin dediyinz kimi nə tam günəşli, nə də tam buludlu hava üçün ayrı-ayrılıqda tənzimlənmə rejimləri olmur. Bu səbəbdən də, qeyd etdiyiniz hər iki rejimdən birini və ya elə günəşli rejimi seçə bilərsiniz. 

Sual #88

Fərid
Sual:
Salam. Sizin çəkdiyiniz "Süd Yolu" fotosunu gördüm. Belə fotonu necə çəkmək lazımdır?
Cavab: Salam Fərid. Əgər sizi düz başa düşdümsə, Dübəndidəki fotokamp zamanı çəkdiyim ulduzlu səma fotosunu nəzərdə tutursunuz. İngiliscə "Milky Way", Azərbaycanca isə bu "Süd Yolu" və ya "Kəhkəşan" adlanır. Hər şeydən əvvəl qeyd edim ki, mənim mənzərə və astro fotoqrafiyaya o qədər də böyük marağım yoxdur və qeyd etdiyiniz fotonu sadəcə sınaq məqsədi ilə çəkmişdim. Bu mövzuda ilk təcrübəm olduğundan, eləcə də məkan və vaxt məhdudiyyətləri səbəbindən nəticədən o qədər də razı qalmamışdım. Kəhkəşan çəkilişində məkan və vaxt amili vacibdir və bunu əvvəlcədən planlaşdırmaq lazımdır. Kəhkəşan çəkmək üçün bizə nə lazım olduğuna ətraflı baxaq.

Sual #86

Sadıq
Sual: Salamlar. Divardan asılmış yağlı boya ilə çəkilmiş çərçivəli rəsmi hansı obyektivlə çəkmək daha məqsədəuyğundur? Aparatım Nikon D3200-dür.
Cavab: Adətən bu növ çəkilişə "reproduksiya" deyilir. Reproduksiya incəsənət əsərlərinin fotoqrafiya vasitəsilə və ya əl ilə yenidən çəkməklə dəqiq surətinin yaradılmasıdır. Bu zaman həm perespektiv, rəng çalarları, həm də işığın temperaturu dəqiq əks etdirilməlidir. Reproduksiya işləri üçün xüsusi obyektivlər yoxdur, lakin bəzi obyektivlər bu işin öhdəsindən digərləri ilə müqayisədə daha yaxşı gəlir.

Sual #73

Aziz
Sual: Lightroomda bir effekti müxtəlif şəkillərə necə tətbiq etmək olar?
Cavab: Lightroom proqramı şəkillərin emal olunması üçün ən rahat alətlərdən biridir. Bu proqram fotoqrafın vaxtına çox qənaət edir. Hər hansı bir fotonu emal etdikdən sonra həmin kökləmələri digər bir və ya bir neçə fotoya çox asanlıqla tətbiq etmək mümkündür. Bu əməliyyat lightroomda sinxronlaşdırma (synchronize) adlanır. Buna həm də fotoların paket emalı da deyirlər. 

Sual #58

Rufet
Sual: Salam. Nikon d90-a 24-70mm f/2.8 obektivi qoysam işləyəcək? Birdə softboks haqqında məlumat almaq istəyirəm. 
Cavab: Nikon d90 24-70mm f/2.8 obyektivi ilə işləyəcək, heç bir problem yoxdur. Softboks haqqında nə kimi məlumat almaq istədiyinizi aşağıdakı şərhlərdə daha dəqiq yazsanız ona da cavab verməyə çalışaram.  


Sual #57

Fuad
Sual:
Salam. Mən bilmək istərdim ki 18-200 mm canon əsasən nə çəkmək üçün nəzərdə tutulub?
Cavab: Əleyküm salam Fuad. Canon EF-S 18-200mm obyektivi APS-C sensorlu (krop) kameral üçün həzərdə tutulub və həm genişbucaqlı (18mm) həm də uzun fokus məsafəli (200mm) olduğundan onunla hər şey çəkmək mümkündür. Yeganə məhdudiyyət sizin fantaziyanızdır. 


Sual #55

Ayla
Sual: Salam. Mən "polarizer" filtri almaq istəyirəm. Bu barədə məlumat verərdiniz xahiş edirəm.
Cavab: Fotoqraflar Polarayzer (Polarizer) filterindən rəng çalarlarını daha parlaq etmək və parıltı və əksləri aradan qaldırmaq üçün istifadə edirlər. Polarayzer günəşli havada daha effektli nəticə verir. Bu filtr xüsusi şüşədən hazırlandığı üçün su, səma, şüşə, metal və digər parlaq cisimlərdən düşən əks və parıltını azaldır və ya tam qarşısını alır. Polarayzer filtləri tipinə görə xətti və dairəvi olur.

Sual #46

Emin
Sual: Salam. Mən Canon 5D Mark II işlədirəm. Flaş isə 600EX RT-dir. Bəxtə-bəxt düzgün qururam. Flaşdan necə istifadə eləmək haqqında biraz məlumat istəyirdim.
Cavab: Emin, müraciətə görə çoxsağolun. Sualınızdan belə başa düşdüm ki, sizin flaşla iş təcrübəniz demək olar ki yoxdur. Digər incəsənət növləri kimi fotoqrafiya da müəyyən bilik və təcrübə tələb edir. Bu sahədə bilik və bacarıq əldə etmək üçün təlim və məşğələlər, o cümlədən onlayn video dərslər ilə maraqlanmağınızı məsləhət görərdim.    

Sual #45

Ceyhun Ali
Sual: Salam. Canon EOS 6D-də Kelvin olur?
Cavab: Sual çox qəribə olsa da, belə başa düşdüm ki, Canon 6D-də ağ balansı (white balance) necə dəyişmək barəsində öyrənmək istəyirsiniz. Əgər səhf başa düşmüşəmsə, onda aşağıda şərhlər bölməsində sualı daha aydın yazmağa çalışın.

Sual #44

Nicat 
Sual: Fuji x100s kamerasında flaşı arxa pərdəyə görə necə sinxronizə etmək olar?
Cavab: Flaşı arxa pərdə ilə sinxronizə etmək o deməkdir ki, flaş sürgünün (shutter) açılma anında deyil, bağlanma anında işə düşür. Beləliklə hərəkətin yaratdığı yayğınlığın sonunda flaş şəkli "dondurur".

Sual #42

Ayla
Sual: Nikkor obyektivlərində G və D seriyalarının fərqi nədir? Nikon D5200 fotoaparatı üçün D istifadə etmək olarmı?
Cavab: Nikkor obyektivlərində G hərfi (Gelded) həmin obyektivdə diafraqma halqasının olmamasını bildirir. Yəni, diafraqmaya obyektivdən deyil, kamera vasitəsilə nəzarət edilir.

Sual #40

Sevil
Sual: Diafraqmanı 16 qoyduqda İSO və shutter-in eyni olması barədə hansısa qaydanın olduğu haqqında oxumuşdum amma dəqiq başa düşməmişdim. Bunu ətraflı izah edə bilərsiniz? 
Cavab: Çox güman ki, sizin dediyiniz "Günəşdə 16" (Sunny 16) qaydasıdır. Fotoqrafiyada bu metod günəşli havada ekspоnometrdən istifadə etmədən vizual olaraq düzgün ekspozisiyanı təyin etmək üçün istfadə olunur. Bu metod əvvəllər, fotoqrafların filmə çəkdikləri vaxt daha çox istifadə olunurdu. İçində elektron eksponometr olan rəqəmsal kameraların daha çox inkişaf edib, yayıldığı bir dövrdə bu metoda o qədər də ehtiyac qalmayıb.

Sual #35

Azad
Sual: Salam! Hamıya uğurlar. Mən heç vaxt atəşfəşanlıq (salyut) çəkməmişəm. Aparatım Canon 5d mark 2, obyektiv isə 24-105 mm-dir. Ekspozisiyanı necə qurmaliyam? Qabaqcadan təşəkkür!
Cavab: Atəşfəşanlıq əsasən aşağı sürgü sürəti ilə çəkilir. Bu səbəbdən hər şeydən əvvəl kameranı sabit saxlamaq üçün tripoddan istifadə etmək lazımdır. Kameranın çüzi də olsa əsməsi şəkillərin kəskinliyinə məndi təsir edə bilər. Maksimum sabitliyi təmin etmək üçün çəkilişi uzaqdan idarə (remote control) ilə aparmaq daha məqsədəuyğundur. 

Sual #34

Fariz
Sual: Salam. Mənim Phottix Strato triqqerim var. CANON EX600 RT flaş ilə shəkil çəkirəm işiqlanma olmağına baxmayaraq çəkdiyim şəkillər qaranliq düşür. Sonra flaşı triqqerdən çixardib kameraya qoşuram başlayır işləməyə və çəkiliş də əla olur. Bunun səbəbi nə ola bilər?
Cavab: Suala görə minnətdaram, amma onun cavabını dəqiq vermək üçün əlavə məlumata ehtiyac var. Birinci - triqqeri flaşa qoşanda flaşın və kameranın hansı parametrlərlə qoşulduğunu dəqiq bilmək lazımdır. Standart qoşulma qaydasını mən aşağıda addım-adım yazacağam, siz isə həmin parametrləri

Sual #33

Emin Hüseynov
Sual: Salam. Mənim Canon 5D mark 3 kameramın menyusunda "АF point selection" bölməsində bir neçə fokus nöqtələrinə aid bölmələr var. Hansını seçsəm daha yaxsı olar fokus üçün? Dəqiqlik istəyirəm. Bir nəfəri çəkəndə tam fokusda olsun. Xahiş edirəm bu haqda mənə kömək edin.
Cavab: Canon 5D mark 3-də 9 qrupa bölünmüş "xaç" tipli 61 fokus nöqtəsi var. Bu nöqtələrdən neçəsinin aktiv olması obyektivin maksimal diafraqmasından asılıdır. Əgər obyektivinizin maksimal diafraqması f5.6-sa onda sensorda 21 fokus nöqtəsi (qırmızı rəngdə olanlar) aktiv olacaq.

Sual #31

Elçin
Sual: Salam. Canon 5d mark III - də məndə belə bir problem var. P rejimdə və flaş qoshulu olanda sürgü sürəti 60-dan yuxarı nə qalxır nə də azalır. Zəhmət olmasa bununla əlaqədar mənə köməklik edin. Öncədən təşəkkür.
Cavab: P rejimi (proqram) seçildikdə siz yalnız İSO-nu dəyişə bilirsiniz, sürgü sürətini və diafraqmanı isə kamera avtomatik olaraq təyin edir. Bu, istehsalçı və modeldən asılı olmayaraq bütün kameralarda eynidir. 

Sual #26

Elmar Hüseynov
Sual: Salam. Sizdən bir şey soruşmaq istəyirəm. Çöldə şəkil çəkmək üçün hansı parametrdən istifadə elemek olar? Yəni sürgü sürəti diafraqma və ISO nə qədər olmalıdır? Standart parametr var tam əla çəkmək üçün? Məsələn çöldə mən diafraqmanı f/2.8, İSO 100, sürgü surəti 1/200 edirəm. 
Cavab: Buna bənzər sualı bir az əvvəl daha bir oxucu vermişdi. Bayır çəkilişlərində ekspozisiyanın hansı parametrlərdə təyin edilməsi barədə standart bir yanaşma yoxdur. İstər qapalı, istərsə də açıq məkanda şəkil çəkərkən bir sıra amili nəzərə almaq vacbdir.

Sual #20

Rüfət
Sual: Salam. Mən 18-105 mm obyektivim ilə çəkdiyim fotoda həm ön, həm də arxa planın tam kəskin olması, yəni həm öndə düran insanın həm də arxadakı binanın fokusda olması üçün nə etməliyəm?
Cavab: Fotonu sualda qeyd etdiyiniz kimi çəkmək üçün əsas diafraqmaya diqqət yetirməlisiniz. Bu növ çəkiliş üçün kəskinlik dərinliyi (DOF) yüksək olmalıdır. Yüksək kəskinlik dərinliyini təmin etmək üçün diafraqmanı mümkün qədər bağlamaq (f/11, f/16, f/22) lazımdır.

Sual #18

Elmar Hüseynov
Sual: Salam. Mən "manual" və "avto fokus" haqqında məlumat almaq istərdim. Tək portret və ya iki nəfər çəkəndə kəskinlik bir gözdə olur, o biri isə bulaniq alınır. Bilmək istəyirəm ki, "manual fokus", yəni fokus nöqtələrini düzgün təyin etmək ücün hansı parametri seçmək olar?
Cavab: Sizin sualınızda təsvir etdiyiniz məsələ kameranın hansı fokus ("manual" və ya "avto") rejimində işləməyindən asılı deyil. Bu fokus nöqtələrinin seçimi və diafraqma ilə əlaqədardır. Növbə ilə hər iki səbəbi araşdıraq.