Sual #63

Təbriz Qarayev
Sual: Salam, hər vaxtınız xeyir. Məndə fotoaparat Canon 1100D-dir, küçə fotoçəkilişləriylə marağlanıram. Hansı obyektivlərdən istifadə məsləhətlidir?
Cavab: Salam Təbriz bəy. Adətən küçə fotorafiyasında genişbucaqlı obyeltivlərdən daha çox istifadə edilir. Lakin bu o demək deyil ki, teleobyektivlər küçə fotoqrafiyası üçün yararlı deyil. Hər şey fotoqrafın nə əldə etmək istəyindən asılıdır. Bəzən yeni başlayanlar üçün genişbucaqlı obyektivdən istifadə etmək bir qədər çətinlik yaradır, çünki, genişbucaqlı obyektivlə fotoqraf çəkmək istədiyi obyektə daha çox yaxınlaşmalıdır. Bu, bir çox fotoqraflarda, xüsusən küçədə tanımadıqları insanları çəkmək istıdikdə diskomfort yaradır. Ona görə əksər küçə fotoqrafiyası janrında çəkməyə yeni başlayan fotoqraflara müəyyən təcrübə və cəsarət toplayanadək zum və ya tele obyektivlərdən daha çox istifadə etmək məqsədəuyğundur.

Genişbucaqlı obyektivlərdən daha çox 24mm və ya 35mm, bəzən portet obyektivi kimi tanınan 50mm, bir çox hallarda isə tele obyektivlərdən 70mm, 100mm, 200mm-dən də istifadə edilir. Sizin kameranızın sensoru krop olduğundan obyektiv seçimində də krop faktoru nəzərə almaq lazımdır.  


No comments:

Şərh yaz