Sual #87

Royal
Sual: Salam. Nikon lens simulator saytında test aparırdım. Maraqlı bir sual yarandı məndə. Bunu sizinlə bölüşmək istədim. Sual belədir. Nikonun DX lensini 10-24mm-i DX kameradada FX kameradada yoxladıqda baxış dərəcəsi eyni oldu. 10mm-də bucaq budur 109°20. 36x24 24x16-da bu fərq yaratmalı deyildimi? Çox sağolun
Cavab: Royal, maraqlı sual üçün minnətdaram. Demək olar ki, bütün tanınmış DSLR kamera istehsalçıları həm kamera, həm də lensləri əsas iki formatda - full frame (Nikonda FX adlanır) və krop (crop - kəsilmiş) formatında (Nikonda DX adlanır) istehsal edir. Sensorlar arasındakı ölçü fərqi həm də obyektivlərin fokal məsafəsinin və görmə bucağının dəyişməsinə təsir edir. Kameranın sensorları arasındakı fərq barədə Sual #53Sual #68 ətraflı oxuya bilərsiniz.

Birbaşa sizin sualla bağlı onu deyə bilərəm ki, AF-S DX Nikkor 10-24mm f/3.5-4.5G ED krop sensorlu kameralar (DX) üçün nəzərdə tutulub. Fokal məsafənin və görmə bucaqının dəyişməsi yalnız FX (full frame) obyektivlərini DX gövdəyə (crop) taxdıqda baş verir. DX obyektivi FX gövdəyə taxdıqda obyektivin fokal məsafəsi və görmə bucağında heç bir dəyişiklik baş vermir, yəni görüntü DX gövdədə olduqu kimi qalır. 


No comments:

Şərh yaz