Sual #74

İmdad 
Sual: Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz?
Cavab: "Hansı kameranı məsləhət görürsünüz" sualı mənə ən çox verilən suallardan biridir. Lakin, sizin soruşduğunuz "Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz" sualı isə öz-özlüyündə yanlışdır. 

İkinci ən çox soruşulan və yenə də yanlış olan sual isə "Canon yoxsa Nikon" sualıdır. Hər iki sualla bağlı demək istərdim ki, mən yalnız peşəkar tələblərə cavab verən kameralar barədə məlumat verə bilərəm, amma yenə də yekun qərarı fotoqraf özü verməlidir. Çünki, hansı kamera ilə çəkməsi peşəkar fotoqrafın özünün tələb və istəyindən asılıdır. 

Əvvəlki mövzuların birində dediyim kimi peşəkar tələblərə kameranın sensoru (tam və krop sensor haqda ətraflı burada oxuya bilərsiniz), çəkmə sürəti, fokus nöqtələrinin sayı və fokusun cəldliyi, gövdənin toz və nəmə qarşı dözümlü olması, obyektivi dəyişmək imkanının mövcüdlüğü və bir sıra digər göstəricilər aiddir. Hər iki istehsalçının istər həvəskar istərsə də peşəkar seqment üçün güzgülü-refleks (DSLR) kameraları mövcüddür. Bundan əlavə nəzərə alın ki, kamera gövdələri ilə bərabər peşəkar tələblərə obyektivlər də cavab verməlidir.

Canonun hazırda aşağıdakı peşəkar modelləri (gövdə) var:
  • EOS-1D X
  • EOS 5DS
  • EOS 5DS R
  • EOS 5D Mark III
  • EOS 6D
  • EOS 5D Mark II

Nikonun peşəkar modelləri (gövdə) bunlardır:
  • Nikon D4
  • Nikon D800
  • NIKON D4s
  • NIKON D600
  • NIKON D810
  • NIKON D610
  • NIKON D750



No comments:

Şərh yaz