RufetCavab: Bu problemi həll etmək üçün flaşı ustaya göstərsəz daha düzgün olar. Adətən belə hal lampada çat olduqda baş verir.
Sual: Salam. Mənədə Nikon SB 600 flaş var arada vurur sora dayanır, işləmir. O nədən olar?
Sual #46
Emin
Sual: Salam. Mən Canon 5D Mark II işlədirəm. Flaş isə 600EX RT-dir. Bəxtə-bəxt düzgün qururam. Flaşdan necə istifadə eləmək haqqında biraz məlumat istəyirdim.
Cavab: Emin, müraciətə görə çoxsağolun. Sualınızdan belə başa düşdüm ki, sizin flaşla iş təcrübəniz demək olar ki yoxdur. Digər incəsənət növləri kimi fotoqrafiya da müəyyən bilik və təcrübə tələb edir. Bu sahədə bilik və bacarıq əldə etmək üçün təlim və məşğələlər, o cümlədən onlayn video dərslər ilə maraqlanmağınızı məsləhət görərdim.
Sual #44
Nicat
Sual: Fuji x100s kamerasında flaşı arxa pərdəyə görə necə sinxronizə etmək olar?
Cavab: Flaşı arxa pərdə ilə sinxronizə etmək o deməkdir ki, flaş sürgünün (shutter) açılma anında deyil, bağlanma anında işə düşür. Beləliklə hərəkətin yaratdığı yayğınlığın sonunda flaş şəkli "dondurur".
Sual #34
Fariz
Sual: Salam. Mənim Phottix Strato triqqerim var. CANON EX600 RT flaş ilə shəkil çəkirəm işiqlanma olmağına baxmayaraq çəkdiyim şəkillər qaranliq düşür. Sonra flaşı triqqerdən çixardib kameraya qoşuram başlayır işləməyə və çəkiliş də əla olur. Bunun səbəbi nə ola bilər?
Cavab: Suala görə minnətdaram, amma onun cavabını dəqiq vermək üçün əlavə məlumata ehtiyac var. Birinci - triqqeri flaşa qoşanda flaşın və kameranın hansı parametrlərlə qoşulduğunu dəqiq bilmək lazımdır. Standart qoşulma qaydasını mən aşağıda addım-adım yazacağam, siz isə həmin parametrləri
Sual #19
Ömürtay Şükürlü
Sual: Sualım belədir ki, flaşllarda "ETTL" rejimin "Manual" rejmdən əsas fərqi nədir? "Manual" rejimdə çəkmək üçün nəyə diqqət edim?
Cavab: Flaşların əsasən 3 iş rejimi var: Avtomatik (ETTL, TTL, i-TTL və s.), Manual (parametrlər əl ilə seçilir) və Multi (ardıcıl/seriya). Əksər yuxarı sinif flaşlarda bu rejimlərin hər üçü mövcuddur. Lakin, elə flaşlar da var ki, onlar yalnız "Manual" rejimdə işləyir, amma bu onların heç də "zəif" olması demək deyil. Bütün rejimlərin nə üçün lazım olduğuna baxaq.
Sual #13
Əli Məmmədov
Sual: Portret çəkilişində işığın eynəkdə əks olunmaması üçün nə etmək lazımdır?
Cavab: Işığın düşmə bucağı ilə əks olunma bucağı eynidir. Daima kameranın və işıq mənbəyinin yerinə, eləcə də modelin duruşuna nəzarət etmək lazımdır. Təbii işıqla çəkiliş edilən zaman işığın düşmə bucağına nəzarət etmək o qədər də asan deyil. Bu səbəbdən eynəkdəki əkslər itənədək modelin duruşunu və ya kameranın yerini dəyişmək lazım olacaq. Əlavə olaraq modelin başı üzərində diffüzor yerləşdirməklə əksləri aradan qaldırmaq olar.
Subscribe to:
Posts (Atom)