Sual #89

Sadıq
Sual: Salam Rüfət müəllim. Sizə bir sualım var. Fotoqrafiyada extender və converter nədir və nə işə yarayır? Təşəkkürlər.

Cavab: Ekstender (extender) və konverter (converter) birbaşa obyektivlərlə əlaqədardır. Ekstender obyektivlə kameranın gövdəsi arasında yerləşdirməklə obyektivin fokal məsafəsini artırmaq və ya azaltmaq üçün istifadə edilən qurğudur. Məsələn, 70-200mm obyektivi gövdəyə 2.0x konverter vasitəsilə qoşduqda, obyektivin fokus məsafəsi 2 dəfə artaraq 140-400mm olur.


Fokus məsafəsini neçə dəfə dəyişməsindən asili olaraq müxtəlif ekstender mövcuddur. Lakin, fokus məsafəsini artirmaqla bərabər ekstender obyektivin işiq gücünü azaldir. Məsələn, fokus məsafəsi 1.5 dəfə artiqda, işiq gücü 1 stop (1 diafraqma), 2 dəfə artiqda isə 2 stop (2 diafraqma) azalir. Konverterlər həm də obyektivin fokuslama sürətinə də mənfi təsir göstərir. 

Konverter və ya ekstenderdən istifadə maddi cəhətdən yeni, daha uzun fokus məsafəli tele-obyektiv almaqdan daha münasibdir, lakin, yuxarıda qeyd etdiyim çatışmayan cəhətləri də mütləq nəzərə almaq lazımdır.



No comments:

Şərh yaz