İbrahim Memmedli
Sual: Salam. Nikon coolpix p510 markalı aparat peşəkar fotoqraf ücün əlverişlidirmi?
Cavab: Yaradıcılıq nöqteyi nəzərindən kamera bir alətdir və fotoqraf üçün nə ilə çəkməyin o qədər də böyük fərqi olmamalıdır. Amma "peşəkarlıq" dedikdə fotoqrafın bir sıra texniki amilləri nəzərə alması vacibdir. Kamera, obyektiv və digər avadanlığın peşəkar fotoqraf üçün əlverişli olması, həmin avadanlığın texniki göstəricilərınin peşəkar tələblərə cavab verməsi ilə müəyyən olunur.
Güzgülü kamera sisteminə (DSLR) nəzər salsaq demək olar ki, peşəkar tələblərə kameranın sensoru, çəkmə sürəti, fokus nöqtələrinin sayı və fokusun cəldliyi, gövdənin toz və nəmə qarşı dözümlü olması, obyektivi dəyişmək imkanının mövcüdlüğü və bir sıra digər göstəricilər aiddir. Təəssüf ki, sizin dediyiniz kamerada bu göstəricilərin bir neçəsi yoxdur. Nəticə kimi onu deyə bilərəm ki, Nikon coolpix p510 kamerası daha çox ailə və məişətdə istifadə etmək üçün (həvəskar səviyyədə) nəzərdə tutulub və peşəkar fəaliyyət üçün o qədər də münasib deyil.
No comments:
Şərh yaz