Sual #4

İlkin
Sual: Salam Məndə Canon 20 D-dir. Aparatin çəkdiyi şəkillərin ümumi sayını necə öyrənə bilərəm?
Cavab: Hər bir kameranın şatterinin (shutter) istehsalçı tərəfindən müəyyən etdiyi ömrü var və o, modeldən modelə fərqli olur. Lakin bu o demək deyil ki, kameranın şatter mexanizmini müəyyən dəfə basıldıqdan sonra mütləq dəyişmək lazımdır. Bu sadəcə istehalçı tərəfindən şatter üçün verilən zəmanətli təkrar basılma sayıdır. Nəzərə alın ki, şatterinin neçə dəfə basıldığını müəyyənləşdirmək üçün vahid standart sistem mövcud deyil və daha köhnə modellərdə bunu dəqiq öyrənmək imkanı yoxdur.

EOS Info proqramı vasitəsilə əksər Canon kameralarının şatterinin neçə dəfə basıldığını müəyyən etmək mümkündür. Bundan əlavə Chrome brauzeri üçün yazılmış EOS Count plaqini vasitəsilə də bunu öyrənmək olar. Həmçinin, onlayn olaraq məlumata Exif İnfo saytından baxmaq mümkündür. Dördüncü metod isə RAW faylı Flickr-ə yükləyib "metadata" bölməsinə baxmaqdır.


Nikon istifadəçiləri isə Shutter Actuations saytından şatterinin neçə dəfə basıldığı haqda məlumatı onlayn əldə edə bilərlər.


No comments:

Şərh yaz