Sual #92

Sadıq Əliverdibəyli
Sual: Günəşin çıxma və ya batma anının fotosunu çəkərkən UV filtrə ehtiyac varmı?
Cavab: Suala birmənalı cavab vermək çətindir. Çünki, hər şey filtrdən istifadə etməyinizin səbəbindən və sizin nə nəticə əldə etmək istəyinizdən asılıdır. Ultrabənövşəyi (UV) filtrin funksiyası və hansı məqsəd üçün istifadə edilməsi barədə qısaca olaraq yazıram, lakin harada istifadə edib-etməmək qərarını siz özünüz verməlisiniz. 



UV (ultrabənövşəyi) filtri gözlə görünməyən, lakin filmdə və ya sensorda kontrastı azaldan və rəng tonuna təsir edən ultrabənövşəyi şüaların qarşısını almaq üçün istifadə edilir. Ultrabənövşəyi şüaların təsiri dağ, qar, parlaq günəş və ya göl və dəniz kimi böyük su mənbələrini çəkərkən daha çox hiss edilir. Sensor və ya film ultrabənövşəyi süalara insan gözündən daha həssas olduğu üçün yuxarıda qeyd olunan şəraitdə çəkilən rəngli fotolarda bu şüalar mavi tonun yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün UV filtirdən istifadə edilir. 

Lakin onu da nəzərə almaq lazımdır ki, bu filtrlər ümumi ekspozisiyaya da təsir edir. Belə ki, filtrdən istifadə zamanı müasir obyektivlər təqribən 2/3 və ya 1 stop qədər işıq gücünü itirir. Keyfiyyəti aşağı olan filtrlər həm də kontrast və kəskinliyin azalmasına da səbəb olur. Buna görə UV filtr seçdikdə tanınmış istehsalçılara müraciət etmək məqsədəuyğundur. Bu filtrlər şəffaf olduğu üçün onlardan həm də obyektivdə qoruyucu qapaq kimi də istifadə olunur.


No comments:

Şərh yaz