Sual #77

Ali
Sual: MIR-1 37mm F2.8 Canon 650D kamerasına taxıldıqda şəklin keyfiyyəti necə olar və bu obyektivin hansı cəhətləri daha yaxşıdır?
Cavab: MIR-1 37mm F2.8 obyektivi 20-ci əsrin 50-ci illərində istehsal olunmuş tam manual obyektivdir. Bu obyektivin bir necə modifikasiya edilmiş növləri var. Onların arasında elə ən yaxşısı üzərində "GRAND PRIX" Brussel 1958 yazılan MİR-1-dir.


Bu obyektivin fokus üçün minimal məsafəsi 70 sm-dir. Obyektiv kifayət qədər kəskindir. 10 ləçəkli diafraqmadan və metal gövdədən ibarətdir. Öz dövrünə görə yaxşı sayılmasına baxmayaraq, bir sıra çatışmamazlıqları da var. Bunlardan ən əsası obyektivin günəş şüalarına qarşı həssas olmasıdır. Tam sensor (full frame) kameralarda krop sensorlarla (crop) müqayisədə daha yaxşı nəticə göstərir. Bokeh o qədər də cəlbedici deyil. Obyektiv kiçik olduğu üçün müasir kamerala taxıldıqda kameranın flaşı obyektivin şkalalarının üstünü örtür və bu istifadəni bir qədər çətinləşdirir.

Müasir rəqəmsal kameralarda bu obyektivi yalnız müvafiq halqa adapterin köməyi ilə istifadə etmək mümkündür. MIR-1 37mm F2.8 obyektivi ilə çəkilən fotolar görünüş etibarı ilə heç bir qeyri adi xüsusiyyətə malik deyil. Nümunələr ilə internetdə tanış ola bilərsiniz.  


No comments:

Şərh yaz