Shirin Haciyev
Sual: Fotoaparatın rejimlərindən olan Tv (Time Value or Shutter Priority) və Av (Aperture Value or Aperture Priority) rejimlərinin ingiliscə mənalarını başa düşürəm, lakin azərbaycanca konkret ifadə edə bilmirəm. Tv rejimi Pərdə sürəti üstünlüklü rejim, Av rejimi isə diafraqma üstünlüklü rejim sözləri ilə ifadə etsəm düzgün olarmı sizcə?
Cavab: Bir az əvvəl yazdığım kimi terminlərin azərbaycancaya tərcümə olunmasında bir sıra problemlər var. Buna baxmayaraq, fotoqrafiyaya aid olan terminlərin dilimizə mümkün qədər dəqiq tərcümə olunmasına calışırıq. Kamerada olan çəkiliş rejimlərindən Tv (Time Value or Shutter Priority) azərbaycancaya "Sürgü üstünlüyü", Av (Aperture Value or Aperture Priority) isə "Diafraqma üstünlüyü" kimi tərcümə edilir.