Sual #34

Fariz
Sual: Salam. Mənim Phottix Strato triqqerim var. CANON EX600 RT flaş ilə shəkil çəkirəm işiqlanma olmağına baxmayaraq çəkdiyim şəkillər qaranliq düşür. Sonra flaşı triqqerdən çixardib kameraya qoşuram başlayır işləməyə və çəkiliş də əla olur. Bunun səbəbi nə ola bilər?
Cavab: Suala görə minnətdaram, amma onun cavabını dəqiq vermək üçün əlavə məlumata ehtiyac var. Birinci - triqqeri flaşa qoşanda flaşın və kameranın hansı parametrlərlə qoşulduğunu dəqiq bilmək lazımdır. Standart qoşulma qaydasını mən aşağıda addım-adım yazacağam, siz isə həmin parametrləri özünüzünkü ilə müqayisə edin.
  1. Transmitter kameraya, receiver isə flaşa qoşulur.
  2. Hər ikisində də eyni kanal seçilməlidir.
  3. Kamera da, flaş da M (manual) rejimdə olmalıdır.
  4. Kameranın sürgü sürətini (shutter speed) 1/200-ə qədər istədiyinizi seçə bilərsiniz. Diafraqmanın neçə olacağı sizdən asılıdır. 
  5. Flaşın gücünü 1/1-dən başlayaraq sizi qane edənə qədər dəyişə bilərsiniz.  
Bu parametrlərlə yoxlayıb nəticəni aşağıda şərhlər bölməsində yaza bilərsiniz.


No comments:

Şərh yaz