Sual #40

Sevil
Sual: Diafraqmanı 16 qoyduqda İSO və shutter-in eyni olması barədə hansısa qaydanın olduğu haqqında oxumuşdum amma dəqiq başa düşməmişdim. Bunu ətraflı izah edə bilərsiniz? 
Cavab: Çox güman ki, sizin dediyiniz "Günəşdə 16" (Sunny 16) qaydasıdır. Fotoqrafiyada bu metod günəşli havada ekspоnometrdən istifadə etmədən vizual olaraq düzgün ekspozisiyanı təyin etmək üçün istfadə olunur. Bu metod əvvəllər, fotoqrafların filmə çəkdikləri vaxt daha çox istifadə olunurdu. İçində elektron eksponometr olan rəqəmsal kameraların daha çox inkişaf edib, yayıldığı bir dövrdə bu metoda o qədər də ehtiyac qalmayıb.

"Günəşdə 16" qaydası yalnız açıq məkan üçün uyğundur və otaq şəraitində işləmir. Bu qayda ondan ibarətdir ki, günəşli, açıq havada diafraqma f/16-da düzgün ekspozisiya seçmək üçün İSO və sürgü sürəti (shutter speed) eyni olmalıdır. Məsələn: diafraqma f/16-da ekspozisiyanın dəqiq olması üçün İSO 100, sürgü sürəti də 1/100 olmalıdır. Əgər f/16-da İSO 400-sə onda sürgü sürəti də 1/400 olmalıdır.   

Bu metod yalnız günəşli hava üçün deyil, həm də digər hava şəraiti üçün də keçərlidir. Fərqli hava şəraiti üçün hesablamalar aşağıdakı cədvəldə göstərilib. 

Diafraqmaİşıqlanma şəraiti
f/22Qar örtüyü və ya qumlu çimərlik
f/16Parlaq günəş
f/11Buludlu
f/8Çox buludlu
f/5,6Alatoran
f/4Qürub zamanı, günbatan

Xüsusilə qeyd etmək istəyirəm ki, bu qayda ekspozisiyanın düzgün təyin edilməsi üçün bir başlanğıc nöqtədir və "hər zaman mütləq belə olmalıdır!" demək deyil. Bu sahədə təcrübəniz artanadək istifadə edə biləcəyiniz yardımçı vasitədir.


No comments:

Şərh yaz