Sual #26

Elmar Hüseynov
Sual: Salam. Sizdən bir şey soruşmaq istəyirəm. Çöldə şəkil çəkmək üçün hansı parametrdən istifadə elemek olar? Yəni sürgü sürəti diafraqma və ISO nə qədər olmalıdır? Standart parametr var tam əla çəkmək üçün? Məsələn çöldə mən diafraqmanı f/2.8, İSO 100, sürgü surəti 1/200 edirəm. 
Cavab: Buna bənzər sualı bir az əvvəl daha bir oxucu vermişdi. Bayır çəkilişlərində ekspozisiyanın hansı parametrlərdə təyin edilməsi barədə standart bir yanaşma yoxdur. İstər qapalı, istərsə də açıq məkanda şəkil çəkərkən bir sıra amili nəzərə almaq vacbdir. Düzgün ekspozisiya hava şəraiti, çəkilişin xüsusiyyəti (portret, mənzərə və s.) və sizin nə qədər kəskinlik dərinliyi (DOF) əldə etmək istəyinizdən asılıdır. Doğru ekspozisiya seçmək üçün kameranın içindəki eksponometrdən istifadə edə bilərsiniz. Bundan əlavə hər bir kamerada fotoqrafın işini asanlaşdırmaq üçün yaradıcı zonalar mövcüddür ki, bunlar da doğru ekspozisiyanın təyin edilməsi üçün faydalı ola bilər. Bu barədə daha ətraflı Sual #7-də oxuya bilərsiniz. 


No comments:

Şərh yaz