Sual #46

Emin
Sual: Salam. Mən Canon 5D Mark II işlədirəm. Flaş isə 600EX RT-dir. Bəxtə-bəxt düzgün qururam. Flaşdan necə istifadə eləmək haqqında biraz məlumat istəyirdim.
Cavab: Emin, müraciətə görə çoxsağolun. Sualınızdan belə başa düşdüm ki, sizin flaşla iş təcrübəniz demək olar ki yoxdur. Digər incəsənət növləri kimi fotoqrafiya da müəyyən bilik və təcrübə tələb edir. Bu sahədə bilik və bacarıq əldə etmək üçün təlim və məşğələlər, o cümlədən onlayn video dərslər ilə maraqlanmağınızı məsləhət görərdim.    

Bakıda bu sahə üzrə təlim kursları da mövcuddur. Onu qeyd etmək istəyirəm ki, "1001 Sual" saytının məqsədi foroqrafiya mövzusunda fotoqraflarda yaranan konkret suallara cavab verməkdir. Bu sayt real müəllim və ya instruktor ilə olan kurs və təlimi əvəz etmək imkanına malik deyil. 

Verdiyiniz sual ümumi, mövzu isə çox geniş olduğundan ona bimənalı cavab vermək çətindir. Bu səbəbdən də flaşdan necə istifadə etmək haqqında ümumi məlumat vermək həm vaxt, həm də məlumat baxımından nə sizin üçün, nə də mənim üçün o qədər də faydalı olmaz. Sizi maraqlandıran sahə üzrə sualı daha konkret yazsanız, böyük məmuniyyətlə cavablandırmağa çalışaram.  


No comments:

Şərh yaz