Sual #20

Rüfət
Sual: Salam. Mən 18-105 mm obyektivim ilə çəkdiyim fotoda həm ön, həm də arxa planın tam kəskin olması, yəni həm öndə düran insanın həm də arxadakı binanın fokusda olması üçün nə etməliyəm?
Cavab: Fotonu sualda qeyd etdiyiniz kimi çəkmək üçün əsas diafraqmaya diqqət yetirməlisiniz. Bu növ çəkiliş üçün kəskinlik dərinliyi (DOF) yüksək olmalıdır. Yüksək kəskinlik dərinliyini təmin etmək üçün diafraqmanı mümkün qədər bağlamaq (f/11, f/16, f/22) lazımdır. Diafraqma və Kəskinlik Dərinliyi haqda ətraflı Sual #1 - də ətraflı oxuya bilərsiniz.



No comments:

Şərh yaz