Sual #33

Emin Hüseynov
Sual: Salam. Mənim Canon 5D mark 3 kameramın menyusunda "АF point selection" bölməsində bir neçə fokus nöqtələrinə aid bölmələr var. Hansını seçsəm daha yaxsı olar fokus üçün? Dəqiqlik istəyirəm. Bir nəfəri çəkəndə tam fokusda olsun. Xahiş edirəm bu haqda mənə kömək edin.
Cavab: Canon 5D mark 3-də 9 qrupa bölünmüş "xaç" tipli 61 fokus nöqtəsi var. Bu nöqtələrdən neçəsinin aktiv olması obyektivin maksimal diafraqmasından asılıdır. Əgər obyektivinizin maksimal diafraqması f5.6-sa onda sensorda 21 fokus nöqtəsi (qırmızı rəngdə olanlar) aktiv olacaq.


Maksimal diafraqma f4 və ya ondan çox olarsa, bu zaman əlavə 20 fokus nöqtəsi də (yaşıl rəngdə olanlar) aktivləşir.


Maksimal diafraqması f2.8 olan obyektivlərdə mərkəzdəki 5 AF nöqtəsi ikiqat həssaslıqla işləməyə başlayır. 


Demək olar ki, bütün kameralarda mərkəzi AF nöqtəsi qalanlarına nisbətən daha dəqiq olur. Canon 5D mark 3-də mərkəzi zonanı əhatə edən əsas və yardımçı sensorların sayının digər kameralarla müqayisədə daha çox olduğunu nəzərə alsaq, demyə bilərəm ki, daha dəqiq və rahat olması üçün əksər hallarda elə mərkəzi nöqtədən istifadə etmək daha məqsədəuyğun olar. 


Canon 5D mark 3 kamerasının AF nöqtələri barədə "AF Setting Guidebook" kitabçasının PDF versiyasında (İngiliscə) daha ətraflı oxuya bilərsininz.


No comments:

Şərh yaz