Sual #90

Sadiq
Sual: Mən tam aydın, günəşli havada foto çəkərkən white balansı "прямых солнечных лучей" tam buludlu havada isə "облачный" qoyuram. Lakin bəzən hava nə tam günəşli nə də tam buludlu olur. Belə havalarda white balansı hansı rejimə qoymaq daha məqsədəuyğundur?
Cavab: Kamerada Ağ Balansı (AB) seçmək üçün bir neçə standart rejimlər var. Lakin bu rejimlər hamısı hava şəraitinin və işıq temperaturunun ortaq bir vəziyyətini əks etdirir. Yəni, sizin dediyinz kimi nə tam günəşli, nə də tam buludlu hava üçün ayrı-ayrılıqda tənzimlənmə rejimləri olmur. Bu səbəbdən də, qeyd etdiyiniz hər iki rejimdən birini və ya elə günəşli rejimi seçə bilərsiniz. 

AB haqqında əvvəlki mövzularda da qeyd etdiyim kimi, AB-ın çəkilişdən əvvəl düzgün seçilməsi əsasən JPEG formatda çəkdikdə daha çox vacibdir. Çünki, JPEG formatda çəkilən fotoda AB sonradan dəyişməklə təbii rənglər əldə etmək mümkün deyil. RAW formatda çəkilmiş fotolarda isə bunu sonradan qrafik redaktorda asanlıqla tənzimləmək olur. Bu səbəbdən JPEG formatda çəkdiyiniz halda AB-nı (WB) öncədən düzgün müəyyən etməyiniz lazımdır. Ağ balans haqqında əlavə olaraq bu mövzularda oxuya bilərsiniz.


No comments:

Şərh yaz