Sual #35

Azad
Sual: Salam! Hamıya uğurlar. Mən heç vaxt atəşfəşanlıq (salyut) çəkməmişəm. Aparatım Canon 5d mark 2, obyektiv isə 24-105 mm-dir. Ekspozisiyanı necə qurmaliyam? Qabaqcadan təşəkkür!
Cavab: Atəşfəşanlıq əsasən aşağı sürgü sürəti ilə çəkilir. Bu səbəbdən hər şeydən əvvəl kameranı sabit saxlamaq üçün tripoddan istifadə etmək lazımdır. Kameranın çüzi də olsa əsməsi şəkillərin kəskinliyinə məndi təsir edə bilər. Maksimum sabitliyi təmin etmək üçün çəkilişi uzaqdan idarə (remote control) ilə aparmaq daha məqsədəuyğundur. 

Kamera "M" (manual) rejimə köklənməlidir. Atəşfəşanlığı əsasən bir saniyədən daha üzün sürgü sürəti (shutter speed) ilə çəkirlər. Mən "b" (bulb) rejimində çəkməyi məsləhət görərdim. "b" rejimində kadrın ekspozisiyası düymə basıldığı andan başlayır bə düyməni buraxana qədər davam edir. Beləliklə, sürgü sürətinə siz özünüz tam nəzarət etmiş olursunuz. 

Daha yaxşı nəticə əldə etmək üçün diafraqma f/8 ilə f/16 arası seçilməlidir. Bu zaman həm ön, həm də arxa plan eyni dərəcədə kəskin olacaq. Əlavə küylərin olmaması üçün İSO-nun 100-200 arası olması daha məqsədəuyğundur. 

Düyməni fişəngin atılmasından basıb, sönənə kimi saxlamaq lazımdır. Bu zaman fişənglərin "quyruğu" da fotoya əlavə effekt verəcək. Yaxşı kadrlar əldə etmək üçün praktikaya ehtiyac var. Bu səbəbdən hər çəkilmiş kadrdan sonra nəticəni yoxlayıb ekspozisiyaya lazımi düzəlişlər edə bilərsiniz. 

      

No comments:

Şərh yaz