Sual #42

Ayla
Sual: Nikkor obyektivlərində G və D seriyalarının fərqi nədir? Nikon D5200 fotoaparatı üçün D istifadə etmək olarmı?
Cavab: Nikkor obyektivlərində G hərfi (Gelded) həmin obyektivdə diafraqma halqasının olmamasını bildirir. Yəni, diafraqmaya obyektivdən deyil, kamera vasitəsilə nəzarət edilir.

D hərfi (Distance Information) fokus məsafəsi haqda məlumatın obyektiv tərəfindən kameraya ötürülmə imkanının olmasını bildirir. 1992-ci ildən edtibarən buraxılan bütün Nikkor obyektivləri D ilə işarələnib. D işarəsi obyektivin sürəti və avtofokusuna heç bir mənfi və ya müsbət təsir göstərmədiyindən onu bütün müasir Nikon kameralarında istifadə edə bilərsiniz. Son bir neçə ildə buraxılan obyektivləri Nikon artıq bu hərflərlə işarələmir. 


No comments:

Şərh yaz