Sual #73

Aziz
Sual: Lightroomda bir effekti müxtəlif şəkillərə necə tətbiq etmək olar?
Cavab: Lightroom proqramı şəkillərin emal olunması üçün ən rahat alətlərdən biridir. Bu proqram fotoqrafın vaxtına çox qənaət edir. Hər hansı bir fotonu emal etdikdən sonra həmin kökləmələri digər bir və ya bir neçə fotoya çox asanlıqla tətbiq etmək mümkündür. Bu əməliyyat lightroomda sinxronlaşdırma (synchronize) adlanır. Buna həm də fotoların paket emalı da deyirlər. 

Paket emalı daha çox eyni şəraitdə və oxşar ekspozisiya ilə çəkilmiş fotoları emal etmək üçün istifadə edilir. Foto emal olunduqdan sonra həmin kökləmələri digər fotoya eyni vaxtda tətbiq etmək üçün aşağıdakı addımlar atılmalıdır:
  1. "Develop" modulunda şəkilə lazımi kökləmələr və ya presetlər tətbiq edilir
  2. Emal olunmuş fotonu seçib, "ctrl" düyməsini basıb saxlayaraq emal olunacaq fotolar bir-bir seçilir
  3. "Sync..." düyməsi basılır
  4. Açılmış menyuda istənilən sinxronlaşdırma kökləmələri seçilib "synchronize" düyməsinə basılır


Bundan sonra birinci fotoya tətbiq etdiyiniz kökləmə və effektlər digər fotolara da tətbiq ediləcək.  


No comments:

Şərh yaz