Sual #31

Elçin
Sual: Salam. Canon 5d mark III - də məndə belə bir problem var. P rejimdə və flaş qoshulu olanda sürgü sürəti 60-dan yuxarı nə qalxır nə də azalır. Zəhmət olmasa bununla əlaqədar mənə köməklik edin. Öncədən təşəkkür.
Cavab: P rejimi (proqram) seçildikdə siz yalnız İSO-nu dəyişə bilirsiniz, sürgü sürətini və diafraqmanı isə kamera avtomatik olaraq təyin edir. Bu, istehsalçı və modeldən asılı olmayaraq bütün kameralarda eynidir. 

Canon 5d mark III-də flaşla işləmək üçün şəkillərin yayğın düşməməsi məqsədilə minimum sürgü sürəti (shutter speed) 60, sinxronizasiya sürətini aşmamaq üçün isə, maksimum 200-dür. İstənilən halda P rejimində sürgü sürəti avtomatik olaraq yalnız 60-200 arası dəyişə bilir və bunu əl ilə dəyişmək mümkün deyil. P rejimində flaşdan istifadə etdikdə və İSO 400-ə qədər təyin edildikdə, əksər hallarda sürgü sürəti kamera tərəfindən avtomatik olaraq 1/60 təyin edilir. Daha yüksək sürəti əldə etmək istəyirsinizsə, İSO 400-dən artıq olmalı, və ya M rejiminə (manual) kecməlisiniz.


No comments:

Şərh yaz