Sual #1

Nurlan Qasımov
Sual: Diafraqma haqqinda o qədər də məlumatlı deyiləm. Bu haqda məlumat istəyirəm 
Cavab: Diafraqma (Aperture) - obyektivə düşən işığın gücünü/həcmni tənzimləmək üçündür. Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə də düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir. Diafraqma rəqəmi "f" ilə göstərilir. Məsələn, f/1.8, f/2.8, f/4, f/5.6, və s. Rəqəm artdıqca düşən işığın həcmi azalır və əksinə.



Diafraqma işığın həcmi ilə bərabər həm də kəskinlik dərinliyinə də (Depth of Field) təsir edir. Kəskinlik Dərinliyi şəklin hansı hissəsinin kəskin, hansı hissəsinin isə yayğın olmasını tənzimləyir. "f" rəqəmi, yüksəkdirsə (f22), yəni diafraqma dəliyi bağlı olarsa, şəkil bütün səthi üzrə kəskin olacaq. Diafraqma nisbətən və ya tam açıq olduqda yalnız fokusda olan sahə kəskin olacaq. Bu fənddən çox vaxt diqqəti hansısa bir nöqtəyə yönəltmək üçün də istifadə edirlər.




No comments:

Şərh yaz