Sual #50

Elmar Agayev
Sual: Salam. Bir problemlə üzləşirəm hər dəfə. Bilmək istərdim portret çəkdiyim zaman fokus hər dəfə bir gözü bulaniq edir bir gözü aydin. Mən nəcə edə bilərəm hər iki göz fokusda düçsün? Çoxu deyir diafraqmani bağla. Amma görürəm elə diafraqma 1.4 ilə çəkilən şəkillərdə hər iki göz aydın düşür. Hər iki obyektivdə problem yoxdur. Içində toz belə yoxdur. Fotoaparatda elə bir funksiya varmi fokusu dəqiq müəyyən eləsin? Mən canon 5d mark 3, obyektiv isə canon f/1.4 50mm və Tamron 24-70mm f/2.8 işlədirəm. Xahiş edirəm mənə bu haqda kömək edəsiz...
Cavab: Elmar, sizin dediyiniz məsələ bu saytda bir neçə dəfə müzakirə edilib. Bu birbaşa diafraqma (Aperture) və kəskinlik dərinliyi (DOF) ilə əlaədar olan bir məsələdir. Sizə "diafraqmanı bağla" deyənlər düz məsləhət verir. Kəskinlik dərinliyini artırmaq üçün, yəni hər iki gözün kəskin alınması üçün diafraqmanı mütləq bağlamaq lazımdır. Bunun başqa yolu yoxdur. 

Əgər iri portretlərdə diafraqma f/1.4-də hər iki göz obyektivə görə eyni fokal məsafədədirsə, yalnız o zaman hər ikisi kəskin düşə bilər. Digər hallarda bu mümkün deyil. Kəskinlik dərinliyi haqqında ətraflı oxumaq istəsəniz bu mövzalara baxa bilərsiniz. 

Fokusu tənzimləyərkən fokus nöqtələri çəkdiyiniz obyektdə nəyin üzərinə düşürsə, və şəkildə də fokus həmin yerdə olursa, deməli fokusda heç bir problem yoxdur. Fokusu təyin eləmək üçün kamerada əsasən ya avto fokus rejimi və ya manual fokus, yəni əl ilə nizamlanan fokus rejimi olur. Bunların xaricində kamerada fokusu dəqiq müəyyən etmk üçün əlavə funksiya olmur.  

No comments:

Şərh yaz