Sual #10

Rüfət
Sual: Salam. Mənim Nikon d90 kameram və 18-105 obyektivim var. Yarım boy çəkəndə arxa fon kəskin olur,  tam boy çəkəndə kəskin olmur. Tam boy çəkilən potrtetlərin arxa fonunun da kəskin olması üçün nə etməliyəm?
Cavab: Sual tam ayın olmasa da, belə başa düşdüm ki, söhbət kəskinlik dərinliyindən (DOF) gedir. Kəskinlik dərinliyi ön planla arxa plan arasındakı kəskinliyin fərqidir. Buna həm diafraqma, həm də obyektivin xüsusiyyətləri təsir edir. Genişbucaqlı obyektiflərdə telefoto obyektivlərlə müqayisədə kəskinlik dərinliyi daha böyük olur. İstənilən halda həm ön planın, həm də arxa planın kəskin alınması üçün diafragmanı mümkün qədər bağlamaq (f/8, f/11, f/16, f22 və s.) lazımdır. 

Diafraqma və kəskinlik dərinliyi haqqında Sual#1-də ətraflı oxuya bilərsiniz.  


No comments:

Şərh yaz