Sual #93

Tural
Sual: Salam. Canon EOS 700 modelində Manual rejimin menyusunda WB-ni seçdikdən sonra setkalı koordinat oxuna bənzər bir menyu açılır. Bu nədən ötrüdür?

Cavab: Əgər sizi düz başa düşdümsə, dediyiniz kameranın WB Shift/BKT menyusudur. Menyunun bu bölməsi kameranın ağ balansı necə "başa düşdüyünü" dəyişmək üçündür. Bu menyuda dəyişiklik etməklə siz, kameranın rəngləri necə əks etməsini dəyişmiş olursunuz. Mərkəzdəki nöqtəni hər hansı bir rəng istiqamətində dəyişdikdə kameranın bütün rəngləri də həmin tərəfə dəyişəcək. 


Bu, bur növ rəngli filtrlərdən istifadə etdikdə əldə olunan nəticəyə oxşayır. Bu menyu ilə bir qədər diqqətli davranmaq məsləhətdir, çünki, yuxarıda qeyd etdiyim kimi, edilən dəyişiklik kameranın ümumilikdə rəngləri necə əks etdirməsinə təsir edəcək. 


Ağ balans haqqında daha ətraflı bu mövzularda oxuya bilərsiniz. 


No comments:

Şərh yaz