Sual #70

Memmedli İbrahim
Sual: Sizcə insanın boyunun kiçik olması ona bu sənətdə problem yarada bilərmi?
Cavab: Sizdə belə bir sualın yaranma səbəbini bilmək mənim üçün çox maraqlıdır. Sual öz-özlüyündə məzəli olduğu qədər həm də ciddidir. Fotoqrafiya boy, çəki, küc və bu kimi digər fiziki göstəricilərlə birbaşa əlaqəli deyil, yəni, yaxşı fotoqraf kimi formalaşmaq üçün bu göstəricilərin o qədər də böyük əhəmiyyəti yoxdur. 

Yaxşı fotoqrafda bir sıra amillərin olması vacibdir. Mənim fikrimcə əsas üç vacib amil: zövq, fantaziya və dünyagörüşüdür. Boy vacib amillər siyahısına daxil deyil. İncəsənətin istənilən sahəsində, o cümlədən fotoqrafiyada da çoxlu sayda alcaq boylu və istedadlı insanlar var.  

Boyun alçaq olmasına mən nöqsan və ya çatışmamazlıq da deməzdim. Lakin fotoqraf özü boyunun kiçik olmasını özü üçün problem hesab edirsə, bu çatışmamazlığı aradan qaldırmaq o qədər də çətin deyil. Məsələn, studiyada stul və ya nərdivandan istifadə etməklə məsələni həll etmək olar. 


No comments:

Şərh yaz