Sual #37

Nəriman Cabbarov
Sual: Salam. Azərbaycanda peşəkar foto təlimlər və ya kurslar var? Azərbaycanda yoxsa Türkiyədə kurslar daha yaxşı hazırlıqlı keçir?
Cavab: Azərbaycanda peşəkar fotoqrafiya kursları az da olsa, var. Bu kurslar əsasən bir neçə təçrübəli fotoqraf tərəfindən keçirilən uzunmüddətli təlimlərdir. Bundan əlavə mütəmadi olaraq hansısa bir mövzu ətrafında 2-3 günlük ustad dərsləri də keçirilir. Azərbaycankı təlimlər haqda Azərbaycan Fotoqrafları Birliyinin (AFB) facebook səhifəsindən məlumat ala bilərsiniz. 

Türkiyədəki uzunmüddətli təlimlər barədə ətraflı məlumatım olmadığından bu haqda dəqiq bir şey deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, Türkiyədə və digər xarici ölkələrdə maraqlı 2-3 günlük qısa təlimlər və ya ustad dərsləri olur. Xaricdəki təlimlərdə əsas çətinlik isə, məsələnin maddi tərəfi (aviabilet, otel və s.) və xarici dil problemi ola bilər.   


No comments:

Şərh yaz