Sual #85

Togrul
Sual:
Mən sizə street photo barədə sual vermək istəyirəm. Eşitdiyimə görə hər küçədə çəkilən şəkil street photoya aid ola bilməz. Bəs o zaman street photoya hansi tip şəkillər aiddir? Təşəkkür.
Cavab: Küçə fotoqrafiyası, (street photography) - ictimai yerdə - yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir.Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır.

Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. 

Yuxarıda qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, ətrafımızda (ictimai yerdə) baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar.  


No comments:

Şərh yaz