Sual #67

Shirin Haciyev
Sual: Salam hörmətli Rüfət müəllim. Türkcədə "pozlama" adlanan, ingiliscədə "shutter speed" adlanan terminin, o cümlədən əvvəlki dövrlərdə fotoapparatların içində olan "plyonka" dediyimiz lentin azərbaycanca dəqiq bir adi varmı? Əvvəlcədən minnətdaram.
Cavab: Çox maraqlı və eyni zamanda çətin mövzuya toxundunuz. Azərbaycan dili nə qədər zəngin olsa belə, bir sıra texniki söz və terminlər var ki, onların dilimizdə təəssüf ki, dəqiq qarşılığı yoxdur. Bu öz növbəsində texniki ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsində ciddi problemlər yaradır. 

Çox zaman hər hansı bir termin bir neçə söz vasitəsilə onun mənasını izah etməklə tərcümə olunur, bu da o qədər effektiv olmur. Daha bir nöqsan da bir çox terminlərin orijinaldan deyil, rus dilindən tərcümə olunmasıdır. Bütün texniki sahələrdə olduğu kimi fotoqrafiyada da bu ciddi problemdir. 

Türkcə "pozlama" termini azərbaycanca "ekspozisiya" sözü ilə əvəz edilir. İngiliscə "shutter speed" azərbaycancaya "sürgü sürəti" kimi tərcümə edilir. Rusca "plyonka"  azərbaycancaya "lent" kimi tərcümə edilməsinə baxmayaraq, "lent" də rusca olduğu üçün bu dəqiq tərcümə deyil. Şəxsən mən bunun "film" (ingiliscədən) kimi tərcümə olunmasının daha çox tərəfdarıyam.


No comments:

Şərh yaz