Sual #79

Zəka
Sual: Mən fotoqraf olmaq istəyirəm. Sadəcə bu işin incəliklərini öyrənə biləcəyim peşəkar fotoqrafa ehtiyacım var. Bu haqda məsləhət verə bilərsiz?
Cavab: Bu sahə üzrə Azərbaycanda təəssüf ki, formal təhsil yoxdur. Fotoqrafiyanı öyrənmək istəyənlər fərdi dərslər/təlimlər, ustad dərsləri, texniki kitablar və internetdə olan video dərslər və məqalələr vasitəsi ilə bilik və bacarıqlarını artıra bilər. 

Fərdi məşğələlərə gəldikdə isə deyə bilərəm ki, sizə tək peşəkar fotoqraf deyil, eyni zamanda peşəkar pedaqoq lazımdır. Çünki, yaxşı fotoqraf hələ yaxşı pedaqoq demək deyil. Məşğələlərin hansı dildə olmasını da nəzərə almaq vacibdir. Əlavə məlumat almaq üçün Azərbaycan Fotoqrafları Birliyinə müraciət edə bilərsiniz. 


No comments:

Şərh yaz