Sual #47

Rafiq
Sual: Salam, foto avadanlığı haradan almağı məsləhət görürsünüz? 
Cavab: Hər hansı avadanlığın alınması Azərbaycanda o qədər də problemli bir məsələ deyil. Hal-hazırda əsas üç variant var: Mağazadan, "Əldən" və Onlayn. Hər üç variantın müsbət və mənfi cəhətləri mövcuddur. 

Bakıda peşəkar və həvəskar kamera, obyektiv və müxtəlif aksesuarlar satan bir neçə mağaza var. Bakıda hansı mağazadan alınması barədə ətraflı məlumatım olmadığından bu haqda bir şey yaza bilməyəcəyəm. Məsləhət görərdim ki, hər hansı mağaza haqda internet forumlarda oxuyub məlumat toplayasız, çünki heç də bütün mağaalarda satılan malların keyfiyyəti eyni olmur. 

Əldən aldıqda, malları yalnız sınanmış satıcıdan almaq məsləhətdir. Lakin nəzərə alın ki, zəmanət və dəyişdirilmə məsələlərində nə mağaza nə də fərdi satıcılar sizə o qərə də faydalı olmaya bilər.   

Bundan əlavə sizə lazım olan avadanlığı özünüz də internetdən sifariş verə bilərsiniz. Bütün böyük və tanınmış onlayn alış-veriş portalları alınmış malları Azərbaycana çatdırır. Yol və gömrük xərcləri isə alıcının öz üzərinə düşür. Həm də onlayn alınmış malların Azərbaycana gəlib çatma müddəti 1 aya qədər çəkir. 

Öz təcrübəmdən deyə bilərəm ki, istifadə etdiyim avadanlığın 90%-ni onlayn almışam və Azərbaycana çatdırılmada heç bir problem olmayıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda iri güzgülü kamera (DSLR) istehsalçılarının (Canon, Nikon və s.) heç birinin rəsmi nümayəndəliyi və texniki dəstək xidməti olmadığından mağazalardan alınan malların hamısı yalnız mağazanın öz zəmanəti ilə satılır.   


No comments:

Şərh yaz