Tural
Sual: Salam. Canon EOS 700 modelində Manual rejimin menyusunda WB-ni seçdikdən sonra setkalı koordinat oxuna bənzər bir menyu açılır. Bu nədən ötrüdür?
Cavab: Əgər sizi düz başa düşdümsə, dediyiniz kameranın WB Shift/BKT menyusudur. Menyunun bu bölməsi kameranın ağ balansı necə "başa düşdüyünü" dəyişmək üçündür. Bu menyuda dəyişiklik etməklə siz, kameranın rəngləri necə əks etməsini dəyişmiş olursunuz. Mərkəzdəki nöqtəni hər hansı bir rəng istiqamətində dəyişdikdə kameranın bütün rəngləri də həmin tərəfə dəyişəcək.
